"Bunlar dövlətimizin öz vətəndaşlarına qayğısının təzahürüdür" - Millət vəkili
Bizi izləyin

Nida Təhlil

"Bunlar dövlətimizin öz vətəndaşlarına qayğısının təzahürüdür" - Millət vəkili

“2019-cu ilin əvvəllərindən başlayaraq əhalinin sosial təminatının gücləndirilməsi, həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində, az qala, hər gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan yeni bir sərəncamın şahidi oluruq. Elə dünən də əhalinin aztəminatlı kateqoriyası hesab edilən Qaçqın və Məcburi Köçkünlərin aylıq müavinətlərinin artırılmasıyla bağlı yeni bir sərəncam imzalandı. Sərəncama görə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılacaq”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu deyib.

Millət vəkili bildirib ki, bütün bu addımlar Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən kompleks sosial islahatlar paketinin tərkib hissəsi kimi qiymətləndirilməlidir: “Əvvəlcədən müəyyənləşdirilmiş və planlı xarakter daşıyan bu islahatların məqsədi vətəndaşlarımızın sosial rifahını daha da yaxşılaşdırmaqdan ibarətdir. Nəinki MDB məkanında, bütövlükdə, dünyada çox azsaylı dövlət tapıla bilər ki, əhalinin sosial problemlərinin həllinə bu qədər diqqət göstərsin. Nəzərə almaq lazımdır ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində bizdə sosial qayğıya ehtiyacı olan xüsusi kütləvi təbəqə formalaşıb və onların sayı təqribən, bir milyona bərabərdir. Bu isə dövlət üçün əlavə maliyyə mənbələri tapmaqla onu sosial sferaya yönəltmək zərurəti formalaşdırır. Azərbaycanda həyata keçirilən uğurlu iqdisadi siyasət hazırda sosial məsələləri həll etmək üçün imkanlar yaradıb və gələcəkdə də bu istiqamətdə fəaliyyətin davamlı olması perespektivləri müəyyənləşdirib. Bütün bunlar dövlətimizin öz vətəndaşlarına qayğısının təzahürüdür”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm