Kapitulyasiyaya ÇAĞIRIŞ, dəhşətli MÜHARİBƏYƏ DOĞRU.... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Kapitulyasiyaya ÇAĞIRIŞ, dəhşətli MÜHARİBƏYƏ DOĞRU.... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Fevralın 27-də Gürcüstan Prezidenti Salome Zurabişvilinin Azərbaycana səfəri olub. Ermənistanın baş naziri Nikol Paşinyan Tehrana səfər edib. Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Benyamin Netanyahu arasında görüş keçirilib. ABŞ Konqresi Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsini dərc edib. Nüvə silahına malik iki ölkə - Pakistan və Hindistan arasındakı gərginlik hər keçən gün artmaqdadır. ABŞ Prezidenti Donald Trampla Koreya Xalq Demokratik Respublikasının lideri kim Çen In arasında görüş keçirilib.

Fevralın 27-də Gürcüstan Prezidenti Salome Zurabişvilinin Azərbaycana səfəri olub. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Salome Zurabişvilinin təkbətək görüşü olub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Təkbətək görüş başa çatandan sonra Azərbaycan və Gürcüstan prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan Tehrana səfər edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidentinin məsləhətçisi və kürəkəni Jared Kuşneri qəbul edib. Görüş Ankarada Prezident Sarayında baş tutub.

Moskvada Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Benyamin Netanyahu arasında görüş keçirilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ prezidenti Donald Tramp Amerika kibernetika komandanlığının Rusiyanın İnternet Tədqiqatları Agentliyinə kiberhücum həyata keçirməsini şəxsən bəyənib. Bu haqda mənbələrə istinadən “NBC News” bildirib.

Telekanalın məlumatına görə, bu hücum Amerikadakı seçkilərə Rusiyanın müdaxiləsinə qarşı Tramp administrasiyası tərəfindən cavab addımı olub.

Qeyd edilir ki, söhbət ABŞ Konqresinə 2018-ci ilin aralıq seçkisi zamanı Sankt-Peterburqdakı İnternet Tədqiqatları Agentliyinin internetə giriş imkanlarının bloklanmasından gedirdi.

Daha əvvəl KİV-in yazdığına görə, ABŞ 2018-ci il aralıq seçkilərində “trollar fabriki”nə interneti kəsib.

ABŞ Konqresi Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsini dərc edib. Qanun layihəsi Amerika Konqresinin saytında yerləşdirilib.

Respublikaçı Lindsi Qrem və demokrat Robert Mendes tərəfindən hazırlanan qanun layihəsi Amerika investorlarına Rusiya dövlət borcunun yeni buraxılışlarına pul qoymağı qadağan edir. Bundan başqa, onlar Rusiyanın bank və energetika sektoruna qarşı sanksiyalar tətbiq etmək istəyirlər.

Sənədə əsasən, sanksiyalar həmçinin, başqa ölkələrin ərazisində demokratik proseslərə və seçkilərə müdaxiləyə cəlb olunduğu hesab edilən maliyyə institutlarına toxunacaq.

Qərb Moskvaya qarşı sanksiyalar tətbiq edərək Rusiya Federasiyasında hakimiyyətin dəyişdirilməsi üzrə ssenarini reallaşdırmağa çalışır. Bu haqda Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Konstantin Kosaçev parlamentin yuxarı palatasının plenar iclasında çıxışında bildirib.

”Venesuelaya qarşı sanksiyaların tətbiqi bu ölkə əhalisini narazılığa və qanuni hakimiyyətin devrilməsinə itələmək üçün tətbiq edilir. Belə ssenarinin tətbiqini həmçinin, ölkəmizin nümunəsində də görürük, Rusiyaya qarşı sanksiyalar həmin hədəfləri təqib edir”, - o vurğulayıb.

Kosaçev qeyd edib ki, ABŞ suveren dövlətlərin işlərinə qarışaraq artıq belə ssenarini dəfələrlə yerinə yetirib.

Qeyd edək ki, Moskvadan bu cür iddialar dəfələrlə səslənsə də, ABŞ Rusiyada Vladimir Putin hakimiyyətini dəyişmək niyyətində olmadığını iddia edir.

ABŞ-ın Silahlı qüvvələrin strateji komandanlığının başçısı Con Hayten Strateji hücum silahların (SNV-3) azaldılması və məhdudlaşdırılması üzrə Rusiya-ABŞ müqaviləsini genişləndirməyə çağırıb. Bu haqda onun ABŞ Senatının silahlı qüvvələrin işləri üzrə komitədə çıxışına istinadən “Vaşinqton Post” nəşri yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Nüvə silahına malik iki ölkə - Pakistan və Hindistan arasındakı gərginlik hər keçən gün artmaqdadır. Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin iki təyyarəsinin məhv edildiyini açıqlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Pakistanın Baş naziri İmran Xan ölkəsi ilə Hindistan arasındakı son hadisələrdən sonra ilk bəyanatını verib. Baş nazir Kəşmirdə həyata keçirilən terror hücumu ilə əlaqədar Hindistan tərəfinə əməkdaşlıq təklifini yenilədiyini bildirib.

“Kəşmirdə intihar hücumları ilə əlaqədar Hindistanla əməkdaşlığa dair təklifimizi təkrar edirik. Pakistanın planı yalnız Pakistanın potensialını göstərmək idi, heç bir ziyan və zərər vermək istəmirik”, - o deyib.

Vyetnamın paytaxtı Hanoyda ABŞ Prezidenti Donald Trampla Koreya Xalq Demokratik Respublikasının lideri kim Çen In arasında görüş keçirilib. “Sofitel Legend Metropole” mehmanxanasında keçirilən görüşü 20 dəqiqə davam edib. Əsas danışıqlar fevralın 28-də olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm