Nida Təhlil
Əliyevlə Paşinyan görüşə hazırlaşır, Ermənistan Qarabağda İranla... – ABŞ nələr planlaşdırır?
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan Prezidenti
İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşə razı
olduqları haqqında bəyanat yaydı. Ehtimallara görə, görüş yaxın
vaxtlarda baş tutacaq. Görüşün yeri haqqında dəqiq məlumat olmasa
da, ABŞ-da keçirilə biləcəyi deyilir. Görüş baş tutarsa, bu,
Azərbaycan və Ermənistan rəhbərliyinin Minsk qrupu formatında ilk
təması olacaq. Buna qədər Düşənbə və Davosda qeyri-rəsmi görüşlər
baş tutub. Düşənbə görüşünü Rusiya, Davos görüşünü isə ABŞ-ın
təşkil etdiyi versiyaları mövcuddur.
Publika.az xəbər verir ki, Azərbaycan və Ermənistan
rəhbərlərinin görüşməyə hazırlaşdığı ərəfədə bir sıra diqqətçəkən
hadisələr müşahidə olunur.
Onlardan biri Minsk qrupunun keçmiş amerikalı həmsədrləri – Riçard
Hoqland və Ceyms Uorlikin fəallaşması və Rusiyanın indiyə qədər
inkar etdiyi “Lavrov planı”nın mövcud olduğunu dilə
gətirməsidir.
Bu ehtimal etməyə imkan verir ki, Vaşinqton Dağlıq Qarabağ
münaqişəsinin həlli prosesini tamamilə ələ keçirmək və Rusiyanın
planlarını de-şifrə etmək niyyətindədir.
Digər hadisə isə Ermənistanın milli təhlükəsizlik xidmətinin
direktoru Artur Vanesyan Azərbaycanın işğal edilmiş ərazilərinə
gəlişi və İranla sərhəd bölgədə yeni qəsəbənin inşa ediləcəyi
haqqında açıqlama verməsidir.
Paşinyanın “baş kəşfiyyatçısı”nın həmçinin, Qarabağda “bir qarış
ərazinin belə qaytarılmasından söhbət gedə bilməz” açıqlaması da
diqqət çəkir.
Görünür, Ermənistan danışıqlar prosesini uzatmaq və tədricən
müharibəyə hazırlaşmaq taktikasını seçib. Müdafiə naziri David
Tonoyanın “biz müdafiə taktikasından hücum taktikasına keçirik”
açıqlaması da bu ehtimalı gücləndirir.
Lakin Vanesyanın Qarabağda məhz İranla sərhəd bölgəsində yeni
qəsəbənin inşa ediləcəyi açıqlaması Ermənistanın baş naziri Nikol
Paşinyanın Tehrana səfəri fonunda təsadüfə bənzəmir. Mümkündür ki,
Paşinyan İrandan Qarabağa iqtisadi və siyasi dəstək istəyib və
ABŞ-ın planlarında yer almayacağı vədini verib. İranla sərhəddə
yeni qəsəbənin inşası və mülki əhalinin ora köçürülməsi də Tehrana
edilmiş jestdir. Yəni “biz İran sərhədinə qoşun yox, mülki əhalini
yerləşdiririk” mesajı verilir.
Proseslərin inkişafı vəziyyəti bir qədər də mürəkkəbləşdirir. Hər
halda Azərbaycan və Ermənistan rəhbərlərinin nəzərdə tutulan görüşü
hadisələrin inkişafına da yön verəcək.
Asif
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO