İrəvana SƏRT XƏBƏRDARLIQ: Sülh, ya MÜHARİBƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

İrəvana SƏRT XƏBƏRDARLIQ: Sülh, ya MÜHARİBƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan Respublikasının Prezidenti ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib. Avropa İttifaqı Şurasının sədri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı açıqlama verib. ABŞ “S-400” zenit-raket sistemləri ilə bağlı Türkiyəni növbəti dəfə təhdid edib. Vaşinqton müəyyən şərtlərlə silahlanma üzərində nəzarət üzrə Rusiyayla danışıqlara hazırdır. ABŞ və Şimali Koreya arasında danışıqların növbəti raundu bir neçə həftə sonra keçirilə bilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını istəyirik. Bu sözləri Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakla birgə keçirdiyi mətbuat konfransında deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Dağlıq Qarabağ münaqişəsi üzrə hazırkı status-kvo uzun müddət davam edə bilməz. Bu haqda Avropa İttifaqı Şurasının sədri Donald Tusk Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla birgə brifinqdə bildirib.

“Danışıq prosesi və iki tərəfin əlaqələri ümidi verir. Amma hazırkı status-kvo uzun müddət davam edə bilməz. Beynəlxalq hüquqa uyğun olaraq siyasi həll yolunu tapmaq lazımdır”, - Donald Tusk deyib.

Azərbaycan tərəfi Qarabağ konfliktinin həlli ilə bağlı danışıqlar çərçivəsində ümidləri doğrultmadı. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Parlamentinin Xarici İşlər Komitəsinin iclasında çıxışı zamanı deyib.

“Qarabağa gəlincə isə onu qeyd etmək vacibdir ki, konfliktin hərbi həlli ola bilməz. Biz gərək sülhlə həll üçün atmosfer yaradaq. Bizim hakimiyyət bunun üzərində çalışır. Sentyabrda mən bizim parlamentdə görünməmiş bəyanat səsləndirib dedim ki, istənilən qərar Dağlıq Qarabağın erməni əhalisi və Azərbaycan əhalisi üçün qəbul edilən olmalıdır”, – deyə o bildirib.

Paşinyan həmçinin bu bəyanatından sonra Azərbaycan tərəfindən oxşar açıqlama gözlədiyini söyləyib:

“Təəssüf edirəm ki, bu ümidlərim gerçəkləşmədi. Əksinə, biz Azərbaycandan konflikti Dağlıq Qarabağ əhalisinin maraqlarını nəzərə almadan hərbi yolla həll etməklə bağlı daimi təhdidlər eşidirik. Biz Azərbaycanı dialoq qurmağa məcbur etməliyik”.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Leyla Abdullayeva Ermənistan Baş naziri Nikol Paşinyanın Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışı zamanı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın Rusiyadan “S-400” zenit-raket sistemlərini alacağı halda, Vaşinqton ilə Ankara arasındakı əməkdaşlıq üçün əhəmiyyətli nəticələri olacağı barədə Türkiyəni xəbərdar edib. Bu haqda Pentaqonun sözçüsü Erik Pahon bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ müəyyən şərtlərlə silahlanma üzərində nəzarət üzrə Rusiyayla danışıqlara hazırdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ adi ticarət peyklərindən şəkilləri göstərərək Rusiyanın Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqaviləni pozduğunu sübut etməyə çalışırdı. Bu haqda “RİA-Novosti” agentliyinə vəziyyətlə tanış mənbə bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Belarus qərb ölkələriylə əməkdaşlığı inkişaf etdirməyə məcburdur, çünki Rusiya iki ölkənin əməkdaşlığına məhdudiyyətləri tətbiq edir. Bu haqda Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

“Qərblə bu əməkdaşlıq bu gün hansısa allergiyaya, bəzən bizim əsas partnyorumuz Rusiyada isterikaya səbəb olur. Soruşuram, niyə? Bizim məhsulumuzu bazara buraxmırlar, təzyiq göstərirlər”, - Aleksandr Lukaşenko Avropa təşkilatlarıyla əməkdaşlıq məsələləri üzrə müşavirədə çıxış edərkən hiddətlənib.

O vurğulayıb ki, əgər Rusiyayla normal iqtisadi münasibətlər olsaydı, azad ticarət etmək mümkün olsaydı, Belarus dünyanın o başında xoşbəxtliyi axtarmalı olmazdı.

Rusiya prezidenti Vladimir Putin Belarusun timsalında təcavüz üçün yeni “qurban” tapıb. Bu haqda Ukraynanın “Apostrof” nəşrinə müsahibəsində politoloq Pavel Usov bildirib.

Onun sözlərinə görə, ittifaq dövlətinin yaradılması geosiyasi səhnədə Rusiya prezidenti Vladimir Putinin əlinə oynayır. Politoloqun fikrincə, müstəqilliyin itirilməsindən Belarus çətin ki, uduşlu çıxacaq.

“Müstəqilliyin tam itirilməsi və ölkənin 1991-ci ilə qədər mövcud olan BSSR statusuna qayıdışından söhbət gedir. Bu, SSRİ dövründə olduğu kimi, dövlət quruluşunun yalnız formal statusunun saxlanılması ilə dövlətin müstəqilliyinin bütün real atributlarından məhrum edilməni bildirir. Lukaşenko üçün isə bu, bütövlükdə hakimiyyətin itirilməsi deməkdir”, - politoloq deyib.

Pakistan və Hindistan arasında ötən həftə Kəşmir bölgəsində baş verən hərbi qarşıdurma ekspertlərin diqqətini bu ölkələrin, xüsusən Hindistanın silahlı qüvvələrinə yönəltdi. ABŞ-ın “Nyu York Tayms” nəşrində bununla bağlı dərc olunan məqalədə Hindistanın silahlı qüvvələri “dəbdən düşmüş” adlandırılıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Moskva heç vaxt Şimali Koreyanı nüvə gücü olaraq tanımayacaq. Bu sözləri Rusiyadanın ABŞ-dakı səfiri Anton Antonov deyib.

O bildirib ki, ölkəsi hazırki ABŞ administrasiyasının Koreya yarımadası ilə bağlı müsbət qərarlarını alqışlayır:

“Biz həmçinin Koreya yarımadasında da sülh və çiçəklənməni görmək istəyərdik. Lakin bu, asan iş deyil”.

ABŞ və Şimali Koreya arasında danışıqların növbəti raundu bir neçə həftə sonra keçirilə bilər. Bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

Onun sözlərinə görə, ABŞ və Şimali Koreya arasında işgüzar səviyyədə danışıqlar Pxenyanda keçirilə bilər.

Qeyd edək ki, ABŞ və Şimali Koreya liderlərinin 27-28 fevral tarixlərində Vyetnamda keçirilən görüşü nəticəsiz başa çatmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm