Nida Təhlil
Qarabağda müharibə XƏBƏRDARLIĞI, Türkiyəyə qarşı SENSASİON PLAN... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Xarici İşlər Nazirliyi Ermənistan baş nazirinin Brüsselə səfəri çərçivəsində ölkəmizin işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin danışıqlar prosesində iştirakı ilə bağlı səsləndirdiyi fikirlərə cavab verib. Ermənistanda daxili qarşıdurma getdikcə kəskinləşir. Amerika hərbçiləri “S-400” zenit-raket komplekslərini “F-35” qırıcıları üçün təhlükə adlandırıblar. Türkiyə İranla birgə PKK-ya qarşı əməliyyat keçirəcək.
Ermənistan baş nazirinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışıqların formatını dəyişmək arzusu ATƏT-in Minsk Qrupunun, xüsusilə də onun Rusiya, ABŞ və Fransadan olan həmsədrlərinin fəaliyyətini məhv etmək kimi nəzərdən keçirilə bilər.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ermənistanda daxili qarşıdurma getdikcə kəskinləşir. Bu kontekstdə Rusiya Jurnalistlər Birliyinin sədri Vladimir Solovyovun canlı efirdə səsləndirdiyi fikirlər diqqət çəkdi. Sovolyov qeyd etdi ki, Ermənistanda mövcud olan ziddiyyətlər erməni cəmiyyətinin parçalanmasına gətirib çıxaracaq: “Bu parçalanma Qarabağ üzərində nəzarətin itirilməsi ilə nəticələnəcək. Bu, qorxunc faciə olacaq, minlər, bəlkə də yüzminlərlə insan məhv olacaq. Qarabağda nəzarəti itirən Ermənistan özü də yox olacaq”.
Rusiyalı ekspert Nikita İsayev bu fikirləri şərh edib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Boltonun tövsiyələrinə qulaq assa, o zaman Ermənistan öz taleyinə ağlamalı olacaq. Bunu “Sputnik Ermənistan”a açıqlamasında Rusiya Dumasının MDB, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə İş üzrə Komitəsinin sədr müavini deputat Konstantin Zatulin deyib.
“Ermənistan müstəqil dövlətdir. O öz siyasətini istədiyi formada qurur. Biz öz növbəmizdə bu davranışı qiymətləndirmək haqqına sahibik və dəyərləndiririk. Bu gün Nikol Paşinyan Brüsseldədir. Başa düşürük ki, Ermənistan fərqli ölkələrlə yaxşı münasibətlərə sahib ola bilər. Əgər cənab Boltonun tövsiyələrinə kor-koranə əməl etsə, o zaman Ermənistan “erməni soyqırımı”nın tanınmasının dəstəklənməsi proqramını kiçiltmək məcburiyyətində qalacaq. Ermənistan özünün İranla münasibətlərini qırmalı və ABŞ-ın formalaşdırdığı antiiran cəbhəsinə daxil olmalı olacaq. Əgər Ermənistanda bu yolla gedəcək dəlilər varsa, o zaman mən indidən onların və Ermənistanın taleyinə ağlayıram. Rusiya Ermənistan üçün müttəfiq, iqtisadi tərəfdaş və əvəzedilməz ölkədir”, – deyə o bildirib.
Ermənistan İsrailin Azərbaycana silah verməsinin dayandırılmasını istəyir, lakin bunu İsraillə münasibətlərin yaxşılaşdırılması üçün şərt olaraq irəli sürmür. Bu sözləri “Yerusalem Post”a müsahibəsində Ermənistan Xarici İşlər nazirinin müavini Qriqor Ovanisyan deyib.
O bildirib ki, Ermənistan İsrailin ABŞ və Avropa ölkələrinin bir çoxu kimi Azərbaycana silah satmamasını yüksək qiymətləndirər.
Nazir müavini Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həllinin olmadığını və İsrailin silah satışının silahlanma yarışına səbəb olduğunu vurğulayıb:
“Biz çox zəngin ölkə deyilik, ancaq hər dəfə Azərbaycan İsraildən texnika alanda öz ümumi daxili məhsulumuzun əhəmiyyətli bir hissəsini müqavimətə görə ayırmalı oluruq”.
Türkiyə ilə ABŞ arasında gərginliyin əsas maddələrindən olan “F-35”-lərlə bağlı Ankaraya yeni bir təhdid gəldi. “F-35”-lərin Türkiyəyə təsliminə qısa müddət qalmış ABŞ Senatından “verməyin” çağırışına son olaraq Avropadakı ən yüksək rütbəli amerikalı komandanı ünvanına sahib ABŞ-ın Avropa Müttəfiq Qüvvələrinin (SACEUR) ali komandiri Körtis Skaparotti dəstək verdi. ABŞ “F-35”-ləri Türkiyəyə verməzsə, Ankaranın hansı alternativləri olacaq?
Bu suala cavab tapmağa çalışan Türkiyənin “Yeni Şəfəq” nəşri bir neçə alternativ göstərib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Amerika hərbçiləri “S-400” zenit-raket komplekslərini “F-35” qırıcıları üçün təhlükə adlandırırlar. Bu haqda “Business Insider” portalı yazıb.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Türkiyə PKK-ya qarşı İranla birgə əməliyyat keçirəcək. Bu haqda Türkiyənin xarici işlər naziri Süleyman Soylu bildirib.
“Bu istiqamətdə addımlar atmağa çalışırıq. Qarşılıqlı kəşfiyyat dəyərləndirməsi müzakirə mövzusudur”, - o deyib.
Nazir hazırda ölkədə 700-dən çox terrorçunun olduğunu deyib: “Terrorçuların ölkəyə girişi çox azdır. Yanvar ayından etibarən ölkəyə 12 nəfər gəlib. Sərhəddə ciddi təhlüsizlik tədbirləri görülür”.
Süleyman Soylu PKK-nın tarixinin ən çətin dövrünü yaşadığını söyləyib.
ABŞ İranın süqutuna nail ola bilmədi, ancaq onların fəaliyyəti İran xalqı və ölkə iqtisadiyyatı üçün problemlər yaratdı. Bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.
“Düşmən bizə diz çökdürmək, müqavimətimizi qırmaq istədi, İran xalqına qarşı sui-qəsdlər hazırladı. Ancaq bu planlar süquta uğradı”, - Ruhani bildirib.
“Raytheon” müdafiə şirkəti ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sifarişi ilə hipersonik silah proqramını inkişaf etdirəcək. Bu haqda şirkətin rəsmi saytında bildirilir.
Müqavilənin məbləği 63,3 milyon dollardır.
Xatırladaq ki, martında Rusiya prezidenti Vladimir Putin Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilənin icrasının dayandırılması haqqında fərmanı imzalayıb. Bunun ABŞ və Rusiya arasında silahlanma yarışına səbəb olacağı bildirilir.
ABŞ-da hazırlanan “Kremlin təcavüzündən ABŞ-ın təhlükəsizliyinin müdafiəsi Haqqında” qanun layihəsi sanksiyaların yeni paketinin tətbiqini güman edir və onlar Rusiyanın qaz sahəsinə itki vura bilər. Bu haqda “Vedomosti” nəşri yazıb.
Hərçənd, sənəddə birbaşa yalnız Rusiyanın xaricdə və ölkə daxilində həyata keçirdiyi SPQ (mayeləşdirilmiş qaz –red.) layihələri xatırlanır.
Sənədə əsasən, ABŞ prezidenti Donald Tramp SPQ layihələrinə istənilən sərmayələrə qarşı sanksiyaları tətbiq edə biləcək. Həmçinin sənəd Rusiyada neftçıxarma üzrə yeni layihələrdə iştirak üçün sanksiyalar nəzərdə tutulur.
ABŞ-ın yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasından çıxması operativ vəziyyəti yaxşı tərəfə dəyişmir. Bunu Federal Təhlükəsizlik Xidmətinin kollegiyasında çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin deyib. O, Rusiya sərhədlərində NATO-nun hərbi infrastrukturunu genişləndirməyə davam etdirdiyini bildirib.
Putin həmçinin ABŞ-ın yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasından çıxmasının beynəlxalq təhlükəsizlik sferasındakı bütün razılaşmalar sisteminin zəiflədilməsinə yönələn addım olduğunu deyib.
Ömər Dağlı
-
Sosial17:17
Təyyarə qəzasının səbəbi açıqlandı - RƏSMİ
-
Sağlamlıq16:43
Xərçəngin bu növünə qarşı yeni dərman tapıldı
-
Rəsmi xronika16:18
İlham Əliyev bu qanuna dəyişikliyi təsdiqlədi
-
Qoroskop15:52
Məşhur astroloq bürclərə xəbərdarlıq etdi: 3 gününüz var
-
MDB15:45
Təyyarənin Qroznıya enməsinə niyə icazə verilməyib? - Rusiyadan rəsmi cavab
-
Sosial14:56
Xankəndidə erməni öldü: Azərbaycanda dəfn ediləcək?
-
İdman14:05
"Arsenal"ın ulduzu bu gözəllə gizli eşq yaşayır - FOTOLAR
-
Rəsmi xronika13:20
İlham Əliyev bu qanunu təsdiqlədi