"ABŞ Azərbaycana ona görə əhəmiyyət verir ki..." - Politoloq AÇIQLADI
Bizi izləyin

Nida Təhlil

"ABŞ Azərbaycana ona görə əhəmiyyət verir ki..." - Politoloq AÇIQLADI

“Donald Trampın bu sərgi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda bölgədə neft-qaz layihələrinin reallaşdırılması və TANAP-ın rolu xüsusi qeyd edilir”.

Bunu Publika.az-a açıqlamasında siyasi şərhçi Qabil Hüseynli deyib.

ABŞ prezidenti Donald Trampın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə bir həftə ərzində iki təbrik məktubu ünvanlamasını şərh edən politoloq bildirib ki, bu, heç də təsadüfi məsələ deyil:

“Respublika Günü münasibətilə göndərilən təbrik məktubunda ABŞ-Azərbaycan arasında əməkdaşlıq, uzunmüddətli strateji dostluq və bu dostluğun daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanır. İkinci məktub isə neft-qaz sənayesi ilə bağlı məhsulların sərgisi ilə əlaqədardır. Bu sərgi də ənənəvi olaraq Azərbaycanda keçirilir. Bu tədbirin keçirilməsində BP və Amerikanın digər şirkətləri yaxından iştirak edir. Bu məktubun göndərilməsi heç də təsadüfi deyil. Burada Azərbaycan qazının Avropa ölkələrinə göndərilməsi məslələsi gündəmdədir. Üstəlik, TANAP layihəsi reallaşır və bu məsələdə Türkmənistanın da layihəyə cəlb edilməsi üçün yaxşı perspektiv açılıb. Perspektivin mahiyyəti ondan ibarətdir ki, Xəzərin statusuna aydınlıq gətirilir. Əgər Türkmənistanla Azərbaycan razılaşsa, transxəzər qaz kəməri layihəsi gerçəkləşə bilər. Amerika uzun müddətdir ki, bu istiqamətdə çalışır. Neft-qaz sənayesi ilə bağlı keçirilən sərgidə Avropada və Amerikada istehsal olunan müasir texnologiyalar, müxtəlif məhsullar nümayiş etdirilir. Donald Trampın bu sərgi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda bölgədə neft-qaz layihələrinin reallaşdırılması və TANAP-ın rolu xüsusi qeyd edilir. Hazırda Türkmənistanın TANAP-a cəlb edilməsi üçün münbit şərait yaranıb. Amerika bu iqlimin formalaşdırılmasında əhəmiyyətli rol oynayır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm