Ermənistandan müharibəni atəşləyəcək bəyanat - Ordumuz HƏRƏKƏTƏ KEÇƏ BİLƏR
Bizi izləyin

Nida Təhlil

Ermənistandan müharibəni atəşləyəcək bəyanat - Ordumuz HƏRƏKƏTƏ KEÇƏ BİLƏR

Dağlıq Qarabağ danışıqlarının yenidən dalana dirəndiyi bir vaxtda Ermənistan müharibənin başlanmasına zəmin yaradacaq mövqe sərgiləyib.

Publika.az
xəbər verir ki, Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan “öz müqəddəratını təyin etmə” prinsipinin onlar üçün “qırmızı xətt” olduğunu deyib.

“Azərbaycan hakimiyyətinin siyasəti Dağlıq Qarabağ sakinlərini hədələyir və sülhün əldə olunmasına maneələr yaradır. Azərbaycan sülh istəyirsə, Qarabağın seçilmiş hakimiyyəti ilə danışıqlara getməlidir. Ermənistan Qarabağ sakinlərini təhlükə altına qoyacaq və “öz müqəddəratını təyin etmə” prinsipini məhdudlaşdıracaq həll variantı ilə razılaşa bilmir”, - deyə bildirib.

Mnatsakanyan yenidən baş nazir Nikol Paşinyanın “Qarabağ danışıqlarda tərəf” olmalıdır tezisini gündəmə gətirib və qeyd edib ki, bu, Ermənistanın əsas şərtidir.

Ermənistanın bu şərti liderlərin sonuncu Vyana görüşündə sıradan çıxarılmışdı, lakin görünür, işğalçı ölkə yenidən danışıqlar prosesini pozmaq niyyətindədir, hərçənd, bu, müharibənin başlanması da demək olacaq.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm