Nida Təhlil
AXCP-nin “troll ordusu”: Əli Kərimlinin bütün tərəfdarları feyk çıxdı - FAKTLAR
“Saida Saridas”, “Zimon Vusal”, “Gunel Khalilova”, “Nura Elekberova”, “Fidan Anar”, “Seva Aliyeva” və s.
Bunlar AXCP sədri Əli Kərimlinin sosial şəbəkələrdə birbaşa özünün idarə etdiyi saxta profillərdir. Saxta profillərə qız adlarının seçilməsinin məqsədi də daha çox izləyici toplamaqdır. Hakimiyyətə iddia edən və bəlli bir yaşı olan siyasətçinin qız adları ilə saxta profillər yaratması hansı psixoz vəziyyətin təzahürü ola bilər? Bu məsələ zaman-zaman gündəmə gəlib və o da bəllidir ki, Azərbaycan siyasətinə “troll ordusunu” ilk gətirən də məhz Əli Kərimli olub.
Real siyasətdə heç bir tərəfdarı olmayan siyasətçi virtual aləmdə də saxta yollarla “elektorat” yaradır. Hərçənd, Əli Kərimli indiyə qədər ortaya çıxan bütün faktlara baxmayaraq, troll ordusu saxladığını israrla təkzib edir və diqqəti üzərindən yayındırmaq üçün “hakimiyyətin troll dəstəsi” iddiasını ortaya atır. Mediada yayılan son səs yazısı isə Azərbaycanda troll dəstəsinin kimin saxladığını bir daha sübut etdi.
AXCP Ali Məclisinin üzvü Rəşid Turabovun trolların idarə olunduğu qapalı “WhatsApp” qrupuna göndərdiyi səsyazısı Əli Kərimlinin troll şəbəkəsinin mahiyyətini, şəbəkənin üzvlərini və fəaliyyət istiqamətini ifşa etdi.
“Çalışmalarımız zəifdir. Bir çox cəbhədaşlarımız var ki, oturub bu qrupda. Əsəblərim artıq partlayır. Kim cəbhəçi ismini daşıya bilmirsə, desin ki, daşıya bilmirəm. Sadəcə protokollarda cəbhəçi adını daşımaqla heç nə əldə edə bilməzsiniz. Zatən biz monitorinq aparırıq və kimin nə iş gördüyünü bilirik. Uşaq oyuncağı ilə oynamırıq burada. Mən, Ayaz Məhərrəmli, Süleyman, Mahir bəy qaçırıq ora-bura. Amma Vasif Müzəffərovu görmürük. Rahad bəyi ildə-ayda bir dəfə görürük. Digər dostlarımız var ki, onları görmürük. Əgər sizi görmürüksə, siz nə üçün varsınız? İsgəndər bəy deyir mən feministəm, çıxır gedir dənizə. Sən burada cəbhəçi ola bilirsənsə ol, ola bilmirsənsə get harada istəyirsən feminist ol. Əgər sizdən bir şey olmayacaqsa, gedim yeni üzvlərə vaxtımı sərf edim, bəlkə onlarla nəsə alındı. Bezdirmisiz artıq, mən niyə hər dəfə xəbərdarlıq yazmalıyam. Mən səni Əli bəyin səhifəsində görmürəm. Bəs nə işlə məşğulsunuz. İsgəndər bəy feministdir, gedir jurnalist qızlarla pivə vurur. Çox gözəl, heç olmasa gəl Əli bəyin statusunun altında yaz. Vasif bəy, bəs sən hardasan? Heç olmasa gəl Əli bəyin statusunun altında yaz, qisasını al. Şüvəlan qrupundan Natiq, Tahir bəyi görmürük. Rəşad, Lütvi bəy sizi də görmürük. Biz sizin də yükünüzü daşımalıyıq?”, - Rəşid Turabov troll dəstəsindən acıqlı şəkildə şikayətlənir.
Bu səs yazısında da sübut olunur ki, sosial şəbəkələrdə Əli Kərimlinin yazdığı statuslara gələn bəyənmələr, yazılan şərhlər bir neçə adam tərəfindən idarə olunan feyk profillər tərəfindən edilir. Mexanizm olduqca bəsitdir: Əli Kərimli istənilən məsələyə münasibət bildirir, trol dəstəsini idarə edənlər dərhal virtual aləmə axın edir və bəyənmələr, dəstək şərhləri başlayır. Həmçinin, əks fikirlərə qarşı ən ağır söyüşlərlə kontr-cavablar verilir.
“Troll ordusu”nun rəhbəri Əli Kərimlinin özüdür, onun virtual köməkçiləri, köməkçilərinin də köməkçiləri var. Tapşırıqlar Əli Kərimli tərəfindən qapalı “WhatsApp” qrupuna gəlir, dəstə həmin tapşırığa uyğun hərəkətə keçir.
Əli Kərimlinin “troll ordusu” yaratmağının bir neçə məqsədi var:
- Sosial şəbəkədə AXCP sədrinin statuslarına dərhal dəstək verilməli, “təsdiq” şərhləri yazılmalı və beləliklə “çoxminli elektorat” görüntüsü yaradılmalıdır.
- Hakimiyyətin bütün fəailiyyəti ləkələnməli, görülən real işlərlə bağlı istənilən informasiya qaralanmalı və “qurşaqdan aşağı” şərhlər yazılmalıdır.
- Əli Kərimliyə qarşı çıxan hər kəs, hətta AXCP üzvləri belə “söyüş hücumuna” qonaq edilməlidir.
Fuad Qəhrəmanlının qızı Selcan Yağmura qarşı “troll hücumu” və ən ağır söyüşlər təsdiqlədi ki, Əli Kərimli üçün heç bir silahdaş, yaxud yoldaş əsas deyil, əsas olan onun siyasi eqosudur.
İndiyə qədər AXCP funksionerləri Əli Kərimlinin “troll siyasəti”ni ifşa edən açıqlamalar veriblər.
AXCP sədrinin keçmiş müşaviri Zərifə Məhəddinova partiyada ona qarşı əxlaqsız şantrajdan sonra dözmədi və etiraf etdi ki, “saxta profillərdən şərh yazmaqdan bezib”.
“Məgər mən AXCP-yə Gözəl Bayramlının statuslarının altında qarovul çəkib “like” etməyə görə gəlmişdim? Günümün 24 saatını “facebook” arxasında oturub əlavə 20 – 30 saxta profillə “like” edərək ona xidmət etməliyəm?”, – xanım müşavir etiraz edirdi.
AXCP-nin Nərimanov şöbəsinin təşkilati məsələlər üzrə sabiq şöbə müdiri Ağaşirin Tanrıverdioğlu isə bir müddət öncə partiya funksionerlərinin gün ərzində 5-6 kompüter vasitəsilə yüzlərlə saxta profili idarə etdiyi faktını açıqlamışdı: “Bir adamın üzərinə getmək lazım gələndə, birbaşa Əli Kərimli tərəfindən tapşırıq verilir. Vaxtilə İsa Qəmbər, Əli Kərimli və İlham Əliyevin namizədliyi ilə bağlı internetdə sorğu keçirirdilər. Yalnız bir səs vermək mümkün idi. Amma cəbhəçilər axışdılar internet klublara. Saxta profillər yaradaraq səs verdilər. Əldə saxlanmış hazır alətlər var. Bir neçə nəfər var ki, Əli Kərimlidən əmr gözləyir. Əmr verilən kimi, hamısı hücuma keçir. Kimi “məhv etmək” lazımdırsa, onun üzərinə gedirlər. Üzvlər konkret şəxslər tərəfindən bölünüb. İyrəncliklərə gedən üzvlərdən ibarət qruplar yaradılıb. Sosial şəbəkələrdə bu işə birbaşa Kərimlinin özü nəzarət edir. Özünün də evdə 5-6 kompüteri var. Ayrı-ayrı adlarla statuslar yazırlar. Fake profillər isə kifayət qədər çoxdur. Rəyasət heyətində elə şəxslər var ki, əllərinin altında onlarla saxta profil var. Ümumi götürsək, hazırda Əli Kərimlinin statuslarına gələn 4-5 min “like”dən saxtaları çıxsaq, 200-300 bəyənmə ancaq olar. 70-80 faiz saxta profildir. Göstəriş Əlidən Məmməd İbrahimə gəlir. Profil sındırmaq da adi hal alıb. Onlarda xüsusi kodlar var. Onun vasitəsilə ya profili bağlayırlar, ya da oğurlayırlar”.
Əli Kərimlinin troll siyasətini ifşa edən ən sadə nümunələrdən biri də “Google” axtarış sistemidir. “Google”un axtarış sisteminin xüsusiyyəti belədir ki, ən çox axtarılan və bir-biri ilə bağlı olan ifadələri göstərir. “Google”da troll kəlməsi yalnız Əli Kərimlinin adı ilə birlikdə yazılanda çıxır.
Yayılan gizli səs yazısı və bütün bu faktlar Əli Kərimlinin “troll şəbəkəsi”ni idarə edən feyk siyasətçidən başqa bir şey olmadığını təsdiqləyir.
Asif Nərimanlı
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?