Nida Təhlil
Putin Polşaya niyə hücum etdi? - Moskvanın hədəfləri
Rusiya Polşada hansısa hədəfi vurmağı planlaşdırmadığını bəyan etsə də, faktiki hücumun iki məqsədi görünür.
Birincisi, bunu “yoxlama atışı” kimi qiymətləndirmək olar: Ukrayna ətrafında “müharibə və müzakirə” mərhələsinin getdiyi vaxt Moskva Qərbin nəbzini yoxlamağa çalışır.
İkincisi, bu, Ukraynanı dəstəkləyən Avropaya “müharibə arealının genişləndirilməsi” təhdiddir.
Alyaska görüşündən sonra Ukraynada sülhün əldə edilməsi ətrafında müzakirələr intensivləşsə də, əsas ziddiyyət iki tələb üzərində fokuslanıb: Moskva işğal etdiyi ərazilərlə yanaşı, digər ərazilərin də ona verilməsini istəyir, Ukraynanın təhlükəsizliyində Qərbin maksimal iştirakına qarşı çıxır. Həmçinin Kiyev ərazi istəklərini qəbul etmir (münaqişənin dondurulması ilə işğal olunmuş ərazilərin ruslarda müvəqqəti qalmasını qəbul edə bilər), Avropanın iştirak edəcəyi güclü təhlükəsizlik zəmanətləri istəyir. ABŞ-ın vitse-prezidenti Ceyms Vens də “problemləri iki əsas məsələyə qədər azaltdıqlarını” deyir.
Tərəflərdən heç birinin geri çəkilmədiyi bu situasiyada Rusiyanın Polşaya hücumu Avropanın Ukraynaya dəstəyini zəiflətmək və Kiyevin müqavimətini qırmağa hesablanıb. Daha öncə Ukrayna Nazirlər Kabinetinə hücum edən Moskva bununla Zelenski hakimiyyətinin fiziki məhvini həyata keçirə biləcəyi nümayiş etdirdi, ardınca Polşaya hücumla Kiyevin müttəfiqlərini təhdid edir.
Bu hücumu həm də NATO baş katibinə cavab kimi də qiymətləndirmək olar. Alyansın baş katibi “Putinin gücünü çox ciddiyə almamağı” tövsiyə etmişdi. Görünür, Putin Polşaya – NATO bölgəsinə hücumla gücünü nümayiş etdirir.
NATO-nun “Polşanın hava məkanının Rusiya tərəfindən pozulmasını hücum kimi qiymətləndirməməsi” Moskvaya Qərbin reaksiyasını yoxlamaq üçün yetərli hesab oluna bilər. Və bu mövqe Rusiyanın Ukraynada yeni hücumlarının, eləcə də Avropaya təhdidlərinin önünü aça bilər.
Asif Nərimanlı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






















.webp)













.jpg)


