ReAl-dan Azər Qasımlının istefasına İLK REAKSİYA: "Yaxşı olmadı..."
Bizi izləyin

Nida Təhlil

ReAl-dan Azər Qasımlının istefasına İLK REAKSİYA: "Yaxşı olmadı..."

"ReAl-da kimsə Azər Qasımlının getməsini istəmirdi və onun gedişi ReAl üçün yaxşı olmadı".

Publika.az xəbər verir ki, bu sözləri ReAl Partiyasının Xarici Əlaqələr katibi Erkin Qədirli Feysbuk səhifəsində paylaşıb.

Katib sözlərinə belə davam edib: “Bu gün səhər Azər Qasımlı jurnalistləri yanına yığaraq canlı yayımda ReAl-dan getdiyini söylədi. Bu mənim üçün gözlənilməz oldu. Dünən yazdığım kimi Azər ReAl-dan getmək istəyərsə, bu onun şəxsi qərarı olacaq. ReAl-da kimsə onun getməsini istəmirdi və onun gedişi ReAl üçün yaxşı olmadı. Ayrıca, onun getdiyini özündən birbaşa deyil, canlı yayımdan öyrənmək də üzücü oldu. Bununla belə, dostluğumuz yerində qalır. Azərə bundan sonrakı işlərində uğurlar arzulayıram”.

Qeyd edək ki, bu gün ReAl Məclis başqanı Azər Qasımlı partiyadan getdiyini açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm