“YAP vaxtında qərar qəbul etdi" - DEPUTAT
Bizi izləyin

Nida Təhlil

“YAP vaxtında qərar qəbul etdi" - DEPUTAT

"Ölkədə bütün sahədə islahatlar aparılırsa, dəyişikliklər olursa, yeniləşmə olursa, qanunverici orqan da öz işində, strukturunda, fəaliyyətində yenilənməlidir".

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Deputat bildirib ki, zamanın tələbi ilə ayaqlaşmalıyıq və bu islahatlara biz də təkan verməliyik: "Hesab edirəm ki, Milli Məclisin buraxılması ilə bağlı edilən müraciət Azərbaycanda artıq 2 ilə yaxın bütün sahələrdə davam edən islahatlara qoşulmaq, islahatlarla ayaqlaşmaq, onlara təkan vermək məqsədi ilə həyata keçirilib. Biz də Yeni Azərbaycan Partiyası olaraq bu islahatlara qoşulmalıyıq. Bu, partiyamız tərəfindən vaxtında qəbul edilmiş bir qərardır. Parlamentdə təmsil olunan müstəqil deputatlar və başqa siyasi partiyalardan olan deputatlara iqtidar partiyası olaraq təşəkkürümüzü bildiririk. Bizim təklifimizi dəstəklədilər və Milli Məclis bir səslə yeni parlament seçkilərinə gedilməsinə qərar qəbul etdi".

Elman Məmmədov tərkibdə dəyişikliklərin olacağını vurğulayıb: "Cənab Prezidentin bütün sahələrdə- idaretmədə, icraedici orqanda, qanunvericilikdə, məhkəmə hüquq sistemində və bir sözlə, bütün sahələrdə qarşıya qoyduğu tələblərə cavab verə bilən bir tərkib formalaşacaq. Mən 2000-ci ildən etibarən Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi verilmiş millət vəkili olmuşam. Namizədliyimin olub-olmaması partiyamızın verdiyi qərardan asılı olacaq".

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm