Azərbaycan kəşfiyyatı ən yüksək rütbəli erməni zabitlərini girov götürməli və... - ŞOK TƏKLİF
Bizi izləyin

Nida Təhlil

Azərbaycan kəşfiyyatı ən yüksək rütbəli erməni zabitlərini girov götürməli və... - ŞOK TƏKLİF

Heç bir ölkə, heç bir beynəlxalq təşkilat Ermənistana birmənalı olaraq təzyiq etmək fikrində deyil.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Natiq Miri Azərbaycan Prezidenti İlham Əliyevin Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşdə Ermənistan tərəfindən girovluqda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı müzakirələrə münasibət bildirərkən deyib.

Politoloq bildirib ki, girovluqda olan bu şəxslərin dəyişdirilməsi, azad edilməsi məsələsi gündəmə gətirilməlidir.

“Bir insan öz torpağına anasının dəfn olunduğu qəbri ziyarət etmək üçün gedir və onu quldur erməni ordusu həbs edərək cəzalandırır. Bütün bu olanlardan bütün dünya ictimaiyyətinin xəbəri var. Yəni bir cırtdan Ermənistan dövləti beynəlxalq hüquqa tüpürür və hər kəsin gözünün içinə baxaraq, hələ də bu günahsız insanları həbsdə saxlamağa davam edir. Bu məsələ Prezident səviyyəsində qaldırılıb ki, ən azından dünya ictimaiyyəti, beynəlxalq strukturlar az da olsa, utanc hissi keçirsinlər".

N.Miri belə müzakirələrin dəfələrlə iki ölkənin rəhbər şəxsləri arasında aparıldığını, lakin işğalçı Ermənistanın girovluqda saxlanılan Azərbaycan vətəndaşlarını azad etmək üçün heç bir addım atmadığından təəssüfləndiyini bildirib.

"Hətta ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri səviyyəsində də bu məsələnin həlli ilə bağlı görüşlər və müzakirələr olub. Ermənistan müəyyən mənada ilk günlərdə girovların qaytarılmasına razılıq da vermişdi. Azərbaycan Prezidentinin Paşinyanla söhbətində məsələnin həll olunacağı ilə bağlı ümidlər də yaranmışdı. Çünki Paşinyan belə bir söz vermişdi. Hətta Rusiyanın Xarici İşlər naziri Lavrov da bu məsələnin həll olunacağını dolayısı ilə vəd etmişdi. O gündən indiyədək heç bir nəticə əldə olunmayıb".

Politoloq hesab edir ki, bu məsələnin həllini beynəlxalq ictimaiyyətdən gözləmək bir nəticə verməyəcək: "Bundan sonra Ermənistanla öz dilində danışmaq lazımdır. Azərbaycan xüsusi kəşfiyyat əməliyyatları keçirməklə, Ermənistanın ən yüksək rütbəli zabitlərini girov götürməli və onların girovluqda olan azərbaycanlılarla dəyişdirilməsi məsələsini gündəmə gətirilməlidir. Belə olmadıqca, Ermənistan bu cür hüquqa zidd davranışlarını, dünyaya meydan oxumasını davam etdirəcək. Bütün hüquqi və humanitar qaydaları gözləməklə Ermənistanla müzakirələr aparmaq nəticə vermir. Çünki ermənilər bu dili anlamır. Bütün zamanlarda öz havadarlarının onlara verdiyi dəstək müqabilində bu cür davranışlarını davam etdirirlər. Azərbaycan heç bir dünya gücünü nəzərə almadan, özü müstəqil hərəkət etməlidir. Torpaqlarımızı azad etmək üçün hərəkətə keçmək lazımdır".

Tağı Həsənov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm