Nida Təhlil
Əfv sərəncamı çox sayda ailənin sevinc mənbəyi oldu - Deputat
“Əfv sərəncamı ölkə Prezidentinin vətəndaşlarımıza qayğısının təzahürüdür”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.
Deputat bildirib ki, karantin günlərində əfv sərəncamının verilməsi çox sayda ailənin sevinc mənbəyi oldu: “Ölkə Prezidenti tərəfindən imzalanan sərəncam ilə 176 azadlıqdan məhrumetmə cəzası almış insan azadlığa qovuşdu. Sərəncam eyni zamanda bir çox ailələrə sıxıntılı günlərdə sevinc bəxş edilməsi baxımından diqqətəlayiqdir. Prezident İlham Əliyevin cəmiyyətdən gələn səslərə bu dərəcədə həssas reaksiya verməsi vətəndaşlar tərəfindən böyük təqdirlə qarşılanır.
Əslində, cəzaçəkmə müəssisələrinin özlərinin də problemlərini azaltmaq baxımından bu cür əfv prosedurunun önümüzdəki aylarda da davam etməsi faydalı olardı. İslah olunması mümkün olan insanları müəyyənləşdirmək elə də çətin deyil. Xüsusi komissiya bu istiqamətdə çalışaraq qısa müddətdə lazımi sənədləri tərtib edə bilər. Onsuz da məhkəmə-hüquq islahatları ilə bağlı dəfələrlə ölkə Prezidenti məhkəmələrə tövsiyə edib ki, mümkün qədər alternativ cəzalara üstünlük verilsin. Alternativ cəza mexanizmlərinin tətbiqi dövlətin məhkumlar üçün xərclədiyi böyük miqdarda vəsaiti də azaltmış olar. Bütün hallarda əfv sərəncamının məhz bu çətin günlərdə verilməsi xüsusi əhəmiyyət kəsb edir və anlamlı humanist bir addımdır”.
Məhərrəm Əliyev
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR