Yeni həyat tərzinə öyrəşməyin vaxtıdır - Şərh
Bizi izləyin

Nida Təhlil

Yeni həyat tərzinə öyrəşməyin vaxtıdır - Şərh

"Dövlətin, cəmiyyətin əziyyətini yerə vurmamaq üçün qaydalara əməl etməliyik".

Bunu Publika.az-a açıqlamasında karantinin yumşaldılması prosesindən istifadə edən vətəndaşlarımıza səslənən Azərbaycan Milli QHT Forumunun (MQF) prezidenti Rauf Zeyni deyib.

QHT sədri arxayınlığın ciddi fəsadlara səbəb olacağını, viruslardan qorunmaq üçün karantini həyat tərzinə çevirməli olduğumuzu qeyd edib: "Azərbaycan koronavirusla mübarizə çərçivəsində kifayət qədər çevik hərəkət etdi. Lazım olan bütün tədbirlər görüldü. Həyatımızın tam bərpa olunması üçün yumşaq karantin dövrünü keçmişik. Yumşaq templə keçməyimiz qərara alınıbsa, deməli bunu etməliyik. Ancaq burada vacib məqam var. Bu keçidi reallaşdırarkən sosial izolyasiya tədbirlərinə, gigiyena qaydalarına, sosial məsafəyə əməl etməsək, pandemiyanın yeni üzü ilə rastlaşa bilərik.

Hesab edirəm ki, karantin yaşayış tərzini özümüz üçün qəbul etməliyik. Virusdan qorunmaq üçün onu davam etdirməliyik. Hətta postpandemiya dövrünə keçəndən sonra da karantin həyat tərzini - yəni sağlam həyat tərzini icra etməliyik".

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm