Ermənistanın hərbi rəhbərləri təcavüzkar olmaqla yanaşı, həm də rüşvətxordurlar - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Ermənistanın hərbi rəhbərləri təcavüzkar olmaqla yanaşı, həm də rüşvətxordurlar - ŞƏRH

"Prezident İlham Əliyevin “N” saylı hərbi hissədəki çıxışı bu gün Azərbaycanın daxili siyasəti, xüsusilə də Qarabağ probleminin həllinə yönəlik, diplomatiyamızın ən mühüm prioritetləri baxımından olduqca əhəmiyyətlidir. Bu gün bizim ordumuzun malik olduğu əsas güc göstəriciləri Prezidentin çıxışında özünü dəqiq göstərdi. Bunlar ordumuzun maddi-texniki təchizatının yüksək səviyyədə olması və daim təkmilləşdirilməsi, ordunun ən müasir texnika və silah-sursatla təchiz olunması, milli ordumuzun xidmətində olan hərbi-sənaye kompleksinin yaradılması, ordumuzda əsgərlərin, zabitlərin mənəvi və döyüş ruhunun daim yüksəldilməsi və.s. kimi Azərbaycan ordusunun güc göstəriciləri dəqiqliklə təqdim oluna bildi”.

Bunu Publika.az -a açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, Prezidentin burada ilk dəfə olaraq Azərbaycanda hərbi hissələrin tikintisində ölkəmizin özünün malik olduğu standartların tətbiqinin çox əhəmiyyətli olduğunu qeyd etməsi çox təqdirəlayiq haldır:

“Bu, Azərbaycan milli ordusu quruculuğu üçün çox maraqlı bir faktdır və bizim ölkəmizin dünyanın ən güclü orduları sırasında yer alması, ordunun daha da möhkəmləndirilməsi, malik olduğu təqdirəlayiq yerə həqiqətən də layiq olduğunu göstərmək baxımından çox əhəmiyyətlidir. Ermənistanın təcavüzkar siyasətinin mahiyyətini və ümumiyyətlə, Ermənistan hakimiyyətinin mahiyyətinin Prezident tərəfindən əsgərlər qarşısında izah edilməsi böyük taktiki-strateji gücə malikdir. Çünki, Azərbaycan əsgərlərində bir daha belə bir fikir möhkəmləndi ki, Ermənistanın ordusu, əsgərləri, generalları, hərbi rəhbərləri sadəcə olaraq təcavüzkar deyillər, onlar eyni zamanda cinayətkardırlar, oğrudurlar və rüşvətxordurlar. Aydın məsələdir ki, ölkə başçısının bu yöndə fikirləri mən əminəm ki, Ermənistanın silahlı qüvvələrində vicdanı olan şəxsi heyət kəsiminin bundan sonrakı düşüncələrinə və davranışlarına müəyən qədər təsir göstərəcək”.

A.Quliyev qeyd edib ki, Qarabağ probleminin həlli sahəsində Azərbaycanın prinsiplərinin və mövqelərinin qəti şəkildə dəyişmədiyi və qətiyyən geri çəkilmədiyi barədə Prezidentin dediklərinin əsgərlər üçün çox böyük əhəmiyyəti olacaq. Onun sözlərinə görə, əsgərlərimiz bir daha gördülər ki, Azərbaycanın siyasi rəhbərliyi, Ali Baş Komandan Qarabağ probleminin ədalətlə və qalibiyyətlə həll yollarında inamla addımlayır:

“Bundan başqa, əsgərlərin hərbi biliklərinin, mənəvi vətənpərvərlik ruhunun yüksəldilməsi sahəsində Prezidentin dedikləri çox önəmlidir və əminəm ki, ordu rəhbərliyi buna çox ciddi diqqət yetirməlidir. Xüsusilə, Prezident əsgərlərin tariximizi bilməli olduqlarını, bizim xalqımıza aid olan yerlərin adlarının dəyişdirilməsi ilə bağlı biliklərə sahib olmasının vacibliyini və Ermənistanın Azərbaycanın tarixi torpaqları üzərində yaradıldığını qeyd etməsi ordu üçün çox böyük əhəmiyyət kəsb edir. Həqiqətən də əsgər və zabitlər tariximizi bilməlidirlər. Özünün tarixini, torpaqlarının, ərazisinin tarixini bilməyən əsgər və zabit ölkə başçısının da dediyi kimi güclü ola bilməz. Bir sözlə, Prezidentin etdiyi bu çıxış Azərbaycan ordusunun gücünü konkret hədəfə doğru yönəltməkdə, cəmiyyətimizin orduya inamının artırılmasında öz təsirini göstərəcək”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm