• USD 1,7000 0,00% EUR 2,0195 +0,53%
    • GBP 2,2330 +0,30% RUB 0,0233 +0,43%

Erməni lobbisi Azərbaycan diasporunun təzyiqi qarşısında aciz qaldı - Deputat

Erməni lobbisi Azərbaycan diasporunun təzyiqi qarşısında aciz qaldı - Deputat

İşğalçı ölkənin Tovuz istiqamətində törətdiyi təxribata, mülki insanları qətlə yetirməsinə haqlı olaraq etiraz edən dünya azərbaycanlılarının mütəşəkkil şəkildə beynəlxalq ictimaiyyətin diqqətini işğal faktına yönəltməsi istər Ermənistan rəhbərliyi, istərsə də erməni diasporu üçün zərbə oldu. Azərbaycan diaspor təşkilatlarının xüsusi fəallığı Ermənistanı və erməni lobbisini çətin sınaq qarşısında qoydu. Tarixdə ilk dəfə erməni lobbisi Azərbaycan diasporunun təzyiqi qarşısında aciz qaldı. Haqq-ədalətin təmin olunmasını, insan hüquqlarının müdafiəsini tələb edən soydaşlarımız erməni vəhşiliyinin şahidi oldular. Bunu bütün dünya ictimaiyyəti də gördü.

Bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

Deputat qeyd edib ki, dünya ictimaiyyəti insan hüquqlarının müdafiəsini dinc şəkildə tələb edən soydaşlarımıza qarşı erməni vəhşiliyinin əyani şahidi oldu: “İstər ABŞ-da, istərsə də Avropada azərbaycanlılara qarşı erməni lobbisinin nifrət zəminində mürtəce davranışları həmin ölkələrin hüquq-mühafizə orqanları tərəfindən də pisləndi. Bununla da özünü dünyaya sülhpərvər xalq və ölkə kimi təqdim edən ermənilərin imitasiya xarakteri və terrorçu mahiyyəti tam çılpaqlığı ilə özünü göstərdi. Yəni, sərhəddəki hərbi təxribat kimi soydaşlarımıza qarşı vandallıq aktları da bumeranq effekti ilə Ermənistanın özünə zərbə olaraq qayıtdı. Bunu Nikol Paşinyanın bu günlərdə Ermənistanın diasporla iş üzrə komissarının ofisində təmizləmə əməliyyatı aparması, rəhbər vəzifəli şəxslər də daxil olmaqla 13 nəfəri işdən kənarlaşdırması da təsdiqləyir. Aydın olur ki, erməni diasporunun fəaliyyətində ciddi problemlər yaranıb".

K.Nurullayeva erməni mətbuatının da (“Past” qəzeti) Paşinyanın belə addımını diaspor komitəsinin fəaliyyətinin səmərəsizliyi ilə əsaslandırdığını diqqətə çatdırıb: "Məlum olur ki, Paşinyanı erməni diasporunun çoxluq təşkil etdiyi ölkələrdə Azərbaycan diasporuna uduzması hiddətləndirib. Hətta erməni mətbuatının yazdığına görə, diaspor işləri komitəsinin rəhbəri Zare Sinanyanın bu günlərdə ortalarda görünməməsi də Paşinyanın qəzəbinə səbəb olub. Ermənistanın diaspor siyasətinin tam uğursuzluğa düçar olması Paşinyanla Sinanyan arasındakı mübahisənin əsas tezisi olub.

Əslində, erməni baş nazirin diaspora qarşı bu qəzəbi və “təmizləmələri” həm də düçar olduğu uğursuzluğun həm hökumət rəhbəri olaraq özündə, eyni zamanda, cəmiyyətdə yaratdığı psixoloji gərginliyi azaltmağa hesablanıb. Reallıq ondan ibarətdir ki, Paşinyanın hakimiyyəti dövründə daxili-xarici siyasətdə ciddi boşluqlar olduğu kimi, Ermənistan-diaspor münasibətlərində də dərin uçurum yaranıb".

Könül Nurullayeva vurğulayıb ki, nifrət zəminində baş verən son hadisələr nəticəsində “vandal, qaraguruh” imici ilə dünyada rəzil olan erməni diasporunun əhval-ruhiyyəsində müsbət istiqamətə dəyişiklik gözlənilən deyil.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR