• USD 1,7000 0,00% EUR 1,9837 +0,14%
    • GBP 2,1690 +0,45% RUB 0,0221 0,00%

Yerli icra orqanları sahibkarlara dəstək göstərməlidir - Əli Məsimli

Yerli icra orqanları sahibkarlara dəstək göstərməlidir - Əli Məsimli

“Prezident İlham Əliyev Biləsuvar və Saatlı rayonlarına yeni təyin olunan icra başçılarını qəbul edib. Qəbulda ölkə başçısı xüsusilə vurğuladı ki, icra strukturları sahibkarlara dəstək olmalıdır. Ancaq bildirdi ki, bəzi rayonlarda sahibkarlar incidilir, onlar qarşısında süni əngəllər törədilir, onlardan yerli icra orqanları tərəfindən rüşvət tələb olunur və buna qətiyyən yol vermək olmaz. Sahibkarlar dövlət məmurları tərəfindən yalnız dəstək və kömək görməlidirlər”.

Bu sözləri Publika.az-a danışan Milli Məclisin deputatı Əli Məsimli deyib.

O qeyd edib ki, Azərbaycanın neft amilinin dominant rol oynadığı iqtisadi modeldən yeni inkişaf modelinə keçməsi ilə əlaqəli qeyri-neft sektoru sürətlə inkişaf etdirilməlidir: “Rəqabət qabiliyyətli, şaxələndirilmiş və yüksək iqtisadi artımı təmin edən dayanıqlı milli iqtisadiyyatın formalaşdırılmasına nail olmaq hazırda dövlətin iqtisadi siyasətinin başlıca hədəfinə çevrilib.Koronaviris pandemiyası və onun ətrafında gedən proseslərin fəsadları bu sahədəki işlərin sürətləndirilməsinin aktuallığını daha da artırıb. Beynəlxalq təcrübədən məlumdur ki, həmin hədəflərə nail olunmasında kiçik və orta sahibkarlığın hərtərəfli inkişafı həlledici rol oynayır. Çünki sahibkarlığın yüksək səviyyədə inkişafına nail olan ölkələrdə ÜDM-in yarıdan çoxu bu sahənin payına düşür. Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin kəmiyyət göstəriciləri yaxşılaşsa da, hələlik iqtisadi inşkişafa töfhəsi aşağı səviyyədədir. Yeni iş yerlərinin açılması, qabaqcıl texnika və texnologiyanın istehsala tətbiqi və sair bu kimi mühüm göstəricilərə görə də kiçik və orta sahibkarlıq subyektlərinin payı ölkəmizdə sosial-iqtisadi tərəqqiyə təkan verə bilən səviyyəyə çatmayıb. Bunun səbəbləri çoxdur.Əsas səbəblərdən biri də Prezidentin Biləsuvar və Saatlı rayonuna yeni təyin olunan icra başçılarını qəbul edəm zaman qaldırdığı məsələlər”.

Deputatın sözlərinə görə, belə hallar regionların inkişafına, özəl sərmayə qoyuluşlarının səviyyəsinə, əhalinin maddi və sosial durumuna mane olan ən ciddi amillərdəndir: “Hər bir ölkədə səmərəli fəaliyyət göstərə bilən sahibkarlıq institutunun formalaşması və inkişafı xeyli dərəcədə dövlət-hakimiyyət orqanları tərəfindən müəyyənləşdirilən siyasətdən və ona uyğun yaradılan iqtisadi, hüquqi, siyasi və digər şəraitin əlverişlilik dərəcəsindən asılıdır. Azərbaycanda bazar münasibətlərinə keçid prosesində sahibkarlığın inkişafı istiqamətində xeyli iş görülüb. Bununla belə görülməsi vacib olan işlər də az deyil. Kiçik və orta sahibkarlığın vəziyyətindən danışdıqda daha çox iqtisadi inkişafın katalizatoru, hərəkətverici qüvvəsi olması amili önə çəkilsə də, burada əsas məqsəd təkcə iqtisadi artım deyil, həm də sosial rifahın davamlı surətdə yaxşılaşdırılmasıdır. Koronaviris pandemiyası ilə əlaqədar sahibkarlara dövlət dəstəyi göstərilir. Bunu müsbət qiymətləndirməklə yanaşı, həm də onu qeyd edtmək lazımdır ki, son aylar xeyli sahələrdə sahibkarlıq subyektlərinin vəziyyəti pisləşib.Orada çalışanların xeyli hissəsinin orta aylıq maaşı 300 manat ətrafındadır. Bu cür aşağı göstəricilər şəraitində fəaliyyət göstərən kiçik və orta sahibkarlığın vəziyyətini qənaətbəxş hesab etmək olmaz. Belə vəziyyət təkcə iqtisadi duruma yox, sosial duruma da mənfi təsir edir, cəmiyyətin əsas lokomotivi hesab olunan orta təbəqənin dairəsinin genişləndirilməsinə imkan vermir”.

Ə.Məsimli vurğulayıb ki, hazırkı mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədi ilə bir sıra tədbirlərin həyata keçirilməsi zəruridir: “Mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması zəruri sayılır. Bu baxımdan Azərbaycanın qeyri-neft sənayesinin 3 model üzərində qurulması və inkişaf etdirilməsi üçün şərait var. Birincisi, idxalı əvəz edən sahələrin inkişafı. İkincisi, ixracyönümlü sahələrin inkişafı. Üçüncüsü isə, innovasiya modellərinin tətbiqidir. Həmin modellərin dolğun şəkildə reallaşdırılmasından ötrü kiçik və orta sahibkarlığın inkişafının proqram, hüquqi və maliyyə təminatları gücləndirilməli,sahibkarlıq qarşısında duran bütün maneələr aradan qaldırılmalıdır. İdxalı əvəz edə bilən və ixracı artırmaq imkanları olan istehsal sahələrinin, xüsusən də kiçik və orta sahibkarlara güzəştli dövlət kreditlərinin ayrılmasına, ölkəyə qabaqcıl texnologiya gətirməsinə, daha təsirli ixrac subsidiyalarının tətbiqinə geniş meydan verilməlidir”.

Akqabay Mıradov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR