Onun gurultulu bəyanatları bizi qətiyyən maraqlandırmır - Politoloq
Bizi izləyin

Nida Təhlil

Onun gurultulu bəyanatları bizi qətiyyən maraqlandırmır - Politoloq

“Araik Arutunyanla heç kəsin danışmaq fikri yoxdur. Azərbaycan onun kimi separatçı rejimin başında duran şəxslə danışıqlar masasına oturmayacaq”.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov deyib.

Onun sözlərinə görə, danışıqlar Ermənistanla Azərbaycan arasında getməlidir: “Arutunyan özünün bir sıra bəyanatlarını da yaddan çıxarır. O deyib ki, bizim strateji məqsədimiz Ermənistanla vahid bir vətəndir. Yəni, əgər elə bir ifadə səslənirsə, deməli, həmin o dırnaqarası vətənlə danışıqlar aparılmalıdır. Separatçı rejim rəhbərinin danışıqlar masasında heç bir işi ola bilməz. Çünki işğalı Ermənistan reallaşdırıb, Azərbaycanın torpaqları erməni silahlı qüvvələri tərəfindən işğal olunub.

Arutunyanın bu bəyanatı, əslində, 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Nikol Paşinyanın yürütdüyü siyasətin məntiqi davamı və nəticəsidir. 90-cı illərin əvvəlində ATƏT-in sənədində iki ölkənin - Azərbaycanla Ermənistanın imzalı bəyanatı var. Hər iki ölkə münaqişənin tərəfləri kimi göstərilib. Reallıqda Araik Arutunyan öz kütləsi tərəfindən tanınan bir şəxsdir. Onun gurultulu bəyanatları bizi qətiyyən maraqlandırmır”.

Qeyd edək ki, Dağlıq Qarabağ separatçılarının lideri Araik Arutunyan sülh danışıqlarına qarşı çıxıb. O, “realist olaq, danışıqları müzakirə etmək yox, müharibəyə hazırlaşmaq lazımdır. Danışıqlar olmayacaq. Nə qədər ki, Bakı aqressiv ritorikadan əl çəkməyib, danışıqlar haqda söhbət belə gedə bilməz”, - deyə bəyanat verib.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm