Bu, Azərbaycanda yaşanan siyasi birliyin təcəssümüdür - Deputat
Bizi izləyin

Nida Təhlil

Bu, Azərbaycanda yaşanan siyasi birliyin təcəssümüdür - Deputat

“Bu gün Azərbaycanda vətən müharibəsi gedir. Burada artıq cəmiyyətin siyasi partiyalara, sosial qruplara və yaxud fərqli hissələrə bölünməsi qeyri-mümkündür”.

Bu sözləri Publika.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, vətən hamı üçündür və bu baxımdan müxtəlif siyasi mövqeli partiyaların, siyasətçilərin birgə bəyanat verməsi onu göstərir ki, Azərbaycan xalqı Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatları dəstəkləyir:

“Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair ölkədə fəaliyyət göstərən 52 siyasi partiyanın 50-nin birgə bəyanatı təkcə xalqla hökumətin həmrəyliyindən xəbər vermir, bu, eyni zamanda Azərbaycanda yaşanan siyasi birliyin təcəssümüdür. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçı siyasətini şiddətlə qınayır. Mülki əhalinin yaşadığı kəndlərin bombalanması faktı insanlığa qarşı edilən cinayət kimi beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməlidir. Bizim qələbəmiz ilk növbədə birliyimizə və yekdil münasibətimizə görə mümkün olacaq”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm