Politoloqdan Makrona CAVAB: İnsanlarımız gözüyaşlı, qan içində qovulanda harada idin?
Bizi izləyin

Nida Təhlil

Politoloqdan Makrona CAVAB: İnsanlarımız gözüyaşlı, qan içində qovulanda harada idin?

“Fransa prezidentinin hərbi əməliyyatlar başlayandan bəri tutduğu mövqe və verdiyi bəyanatlar bu ölkənin münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına ziddir. Emmanuel Makronun diplomatik və vasitəçilik missiyasına cavab verməyən bu mövqeyi həm də Fransada qarşıdan gələn seçkilərlə bağlıdır və bu ölkədə yaşayan erməni diasporunun səslərinin qazanılmasına yönəlib. Makron dövlət başçısına yaraşmayan formada hay-həşir salıb. O, daha çox küçə jarqonları ilə Azərbaycana qarşı təbliğat aparır”.

Bu fikirləri Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, Makron BMT Təhlükəsizlik Şurasının üzvü olan bir ölkənin başçısıdır, ancaq buna baxmayaraq, onda nə təmkin, nə də diplomatik savad var: “Makron erməniləri sevindirmək, Azərbaycanı da məyus etmək üçün çox kobud jarqon və sözlərdən istifadə edir. Mən Makrona səslənirəm. Sən Azərbaycanın torpaqlarını ermənilər işğal edəndə harada idin? Erməni silahlıları oradan 1 milyon insanı gözüyaşlı, qan içində qovanda, Xocalı soyqırımını törədəndə nə üçün səsini çıxarmırdın? Ermənistan Azərbaycan torpaqlarını işğal edəndə səsiniz batmışdı. İndi hansı səbəb sizi bizim üzərimizə gəlməyə vadar edir? Bu, ədalət deyil. Erməni əsgərlərinin bizim torpaqlarda nə işi var?

Beynəlxalq hüquq hazırda bizim tərəfimizdədir və özümüzü müdafiə edirik, əks-hücum əməliyyatları həyata keçiririk. Biz başqalarının torpağında deyilik. Dinc şəkildə yaşadığımız halda 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində erməni ordusu bizə hücum etdi, təxribatlar törətdi. Nə qədər insan həlak oldu, şəhidlər verdik, var-dövlət yağmalandı. Ölkəmizə 350 milyard dollarlıq zərər dəyib. O zaman heç kəs ayağa qalxmadı. İndi biz haqqımız üçün savaşanda ayağa qalxmısınız. BMT nizamnaməsi Azərbaycanın tərəfindədir. Biz öz torpaqlarımızı azad edirik. Ermənilərin işğalçı olduğunu Fransa deməsə də, bir çox dövlət deyir və rəsmi bəyanatlar verir. Fransanın qara-qışqırıq salıb dünyanı da buna cəlb etmək niyyəti hədər olacaq. Ermənilər deyirdilər ki, gücünüz varsa, qan tökün və torpaqlarınızı alın. İndi biz qan töküb əzəli Azərbaycan torpaqlarını geri qaytarırıq”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm