Bu hadisəni 11 sentyabr terroru ilə müqayisə edə bilərik - Politoloq
Bizi izləyin

Nida Təhlil

Bu hadisəni 11 sentyabr terroru ilə müqayisə edə bilərik - Politoloq

“Ermənistan tərəfinin bilərəkdən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə, dinc sakinlərə hücumu birmənalı olaraq qınanmalıdır. Bu, ilk belə hadisə deyil, ola bilsin ki, heç sonuncu da olmayacaq. Ermənilərin Gəncəni hədəf seçməsində bir sıra məqsədləri var idi”.

Bu fikirləri Publika.az-a danışan Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, Gəncənin vurulmasında məqsəd Ermənistan və onun havadarlarının Azərbaycan hakimiyyətinə təzyiqi və istəklərinə bu şəkildə nail olunması istiqamətindədir: “Onlar bizim mülki vətəndaşlarımızı vurmaqla Azərbaycanın Ermənistana cavab verməsini istəyirlər. Bu raket zərbəsi Göyçə gölü ətrafındakı Vardenis rayonu istiqamətindən atılıb və onların istəyi elə Azərbaycanın da Ermənistana raket zərbələri endirməsidir.

Təəssüflər olsun ki, biz Qərb ölkələrinin, dünyanın ayr-ayrı təşkilatlarının və həmin təşkilatlara rəhbərlik edən böyük ölkələrin susmasının şahidiyik. Gəncədə 4-ü qadın olmaqla 9 nəfərin həlak olması, 35 nəfərin yaralanması ilə nəticələnən bu terror olayı insanlıqdan çox uzaq beynəlxalq cinayətdir. Beynəlxalq ictimaiyyət buna susmamalıdır. Gəncənin hədəf alınması həm də terrorizmdir. Bu hadisəni biz 11 sentyabr ABŞ hadisələri ilə də müqayisə edə bilərik”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm