“Erməni faşizmi bu gün real şəkildə öz simasını göstərir” - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

“Erməni faşizmi bu gün real şəkildə öz simasını göstərir” - ŞƏRH

“Cəbhə xəttində Azərbaycan Ordusuna cavab verə bilməyən Ermənistan silahlı qüvvələri dinc yaşayış məntəqələrinə raket atırlar. Bu, insanlığa, mənəviyyata, tarixə böyük bir ləkədir”

Publika.az xəbər verir ki, bu fikirləri millət vəkil Aydın Mirzəzadə Ermənistanın Gəncəyə yenidən raket atması ilə bağlı danışarkən qeyd edib.

Ermənistanın növbəti dəfə öz mahiyyətini, məqsədini göstərdiyini bildirən A.Mirzəzadə vurğulayıb ki, ermənilərin məqsədi Azərbaycan xalqını qorxutmaq, cəbhəyanı zonada olan insanları yerindən didərgin salmaq, 90-cı ilərin ab-havasını yaratmaqdır: “Ancaq bütün bunlara baxmayaraq, hər bir şəhərimizdə, kəndimizdə insanlar ordumuza, qələbəmizə inanırlar. Onları qorxutmaq mümkün deyil. Erməni faşizmi bu gün real şəkildə öz simasını göstərir. Erməni dövləti özünün faşist mahiyyəti daşıdığını, rəhbərlərinin hərbi cinayətkar olduğunu bir daha ortaya qoydu və onlar Azərbaycan tərəfindən öz layiqli cəzalarını alacaqlar. Artıq cəbhə xəttində Ermənsitanın raket komleksinin, hərbi təyyarəsinin vurulduğu, yüksəkliklərin alndığı xəbərləri gəlir və hələ bu başlanğıcdır. Ermənistan ordusu, rəhbərliyi öz layiqli cəzasını Azərbaycan tərəfdən alacaqdır. Azərbaycan xalqı isə öz ordusuna, dövlətinə, şəxsən cənab Prezidentə inanır və bu inam bizi qələbəyə yaxınlaşdıracaqdır”.

Bu gün respublikanın bir sıra yaşayış məntəqələrinin atəşə tutulduğunu diqqətə çatdıran A.Mirzəzadə söyləyib ki, onların heç birində xalqın qorxutmaq, sındırmaq mümkün deyil: “Hətta dağıntıların altından təsadüf nəticəsində sağ qalıb, çıxardılan insan belə, “öz torpağımdan heç hara getməycəm” deyir. Ailə üzvlərinin yarısını itirən insan belə, “öz torpağımdan getməyəcəm, əsgərimə inanıram” deyir. Ermənistan istədiyinə nail ola bilmir. Ermənistanın etdikləri bir qara ləkə kimi, erməni dövlətinin, dünya erməniliyinin adında qalacaqdır”.

A.Mirzəzadə bildirib ki, Ermənistan beynəlxalq hüquqa görə cavab verməlidir: “Hətta özünün qanunlarına görə də cavab verməlidir. Amma çox təəssüf ki, dünyanın müəyyən bir hissəsi ikili standartla yanaşır. Dünənə qədər cənab Prezidentimizə atəşkəs üçün müraciət edən dünya dövlət rəhbərləri bu gün Azərbaycan xalqına heç də başsağlığı verməyə tələsmirlər. Dünənə qədər Azərbaycanın apardığı azadlıq mübarizəsini hərbi əməliyyat kimi yazan kütləvi informasiya vasitələri bu gün Gəncədə gecə vaxtı insanların öldürülməsindən yazmırlar, dünya göz yumur. Dünyanın müəyyən bir hissəsi heç nə olmamış kimi özünü aparır. Amma bu, tarixdir. Kim ki, bu gün Ermənistanın cinayətlərinə göz yumur, eyni zamanda Ermənistanın cinayətinə həmrəylik etmiş olur”.

A.Mirzəzadənin sözlərinə görə, Ermənistan hərbçilərinin müəyyən bir hissəsi işağlçı olduğunu çox gözəl bilir: “Digər tərəfdən Ermənistan ordusu bu gün çox sayda hərbi texnika itirir. Azərbaycan ordusunun həmlələri qarşısında dayana bilmir. Ermənistan cəmiyyəti tərəfindən mənəvi dəstək görmür. Erməni cəmiyyəti çaşqın bir vəziyyətdədir. Düzdür, Ermənistanda çox az bir qisim insan anlayır ki, bu, ilk növbədə orada aparılan azğın millətçilik təbliğatının nəticəsidir. Ermənistan əkdiyi ağacın acı “meyvələri”ni dadmaqdadır. Digər xalqın torpağını tutmaqla, heç zaman xoşbəxtlik qurmaq olmaz. Xocalı faciəsini indiyə qədər Ermənistanda öz cinayətləri kimi qəbul etmək istəmirlər. İndiyə qədər Ermənistan Azərbaycan torpaqları üzərində qurulduğunu etiraf emtək istəmir və buna görə də bu gün acı məğlubiyyətə uğrayıblar. Buna görə də rəsmi şəkildə elan edilmiş siyahıya görə minə qədər əsgəri həlak olub. Nəzərə almaq lazımdır ki, Azərbaycan torpaqlarını işağldan azad etdikdən sonra Ermənistanın əsl faciəsi başlayacaq. İqtisadiyyatı dağılmış, sərvəti lüzumsuz yerə hərbiyə və yalancı təbliğata xərclənmiş Ermənistan dövləti sabah öz insanlarını yedirtməlidir, mənzillə təmin etməlidir, onların sosial problemlərini həll etməlidir. Bunu isə edə bilməyəcək. Azərbaycanla, Türkiyə ilə sərhədləri bağlanıb, militaristəşləşmiş iqtisadiyyatı özünə gələ bilməyəcək, xaricdən investisiya gəlməyəcək. Bir sözlə, Ermənistan indidən özünü müflis dövlət vəziyyətinə hazırlayır və bunun da müəllifləri erməni millətçiləridir, Ermənistanın indiki hərbi siyasi rəhbərləridir”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm