Ərdoğanın bayatı deməsi İranı niyə “qıcıqlandırdı”
Bizi izləyin

Nida Təhlil

Ərdoğanın bayatı deməsi İranı niyə “qıcıqlandırdı”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən Zəfər paradında səsləndirdiyi bayatının İran rəsmiləri tərəfindən fərqli şəkildə şərh edilməsi məndə təəccüb yaratdı.

Bu sözləri Axar.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən Zəfər paradında məşhur bayatını səsləndirməsinin İranda qeyri-adekvat qarşılanması haqda danışarkən deyib.

O qeyd edib ki, xüsusilə İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin bu bayatıya etiraz etməsi və bu haqda nəsə yazmasını anlamaq olmur:

“Məsələ ondadır ki, Türkiyə Prezidentinin nitqində İran başda olmaqla, region ölkələri üçün ciddi bir çağırış var idi. Ərdoğan çıxışı zamanı region ölkələrinin əməkdaşlıq platformasının yaradılmasının (“Altılı platforma”) vacibliyini qeyd etdi. Hesab edirəm ki, bu, İranın da xeyrinədir. Rəsmi Tehranın özü də hər dəfə qeyd edir ki, regionun problemlərini gərək region ölkələri həll etsin. Düşünürəm, İran tərəfindən reaksiya verilməli məsələ bu idi, nəinki bayatı”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm