• USD 1,7000 0,00% EUR 2,0246 +0,42%
    • GBP 2,3650 +0,84% RUB 0,0233 0,00%

“Gələcək nəsillər İlham Əliyevə "Böyük Hökmdar" deyəcəklər” - Qüdsi Osmanov

“Gələcək nəsillər İlham Əliyevə "Böyük Hökmdar" deyəcəklər” -  Qüdsi Osmanov

Azərbaycanın Prezidenti İlham Əliyevin doğum günü münasibəti ilə ölkəmizin Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun Moldova mediasında yazısı dərc olunub.

Publika.az həmin məqalənin tərcümə olunmuş variantını təqdim edir:

Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Dövlət başçısının 59 yaşı tamam olur.

Bu gün Azərbaycan İlham Əliyevin liderlik keyfiyyətləri, parlaq zəkası, ruhunun gücü sayəsində iqtisadi, siyasi, diplomatik və hərbi sahələrdə güclü dövlət qurumları olan qüdrətli ölkəyə çevrilib. İlham Əliyev Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi, ölkəni möhkəmləndirərək və yüksəldərək inkişaf, davam etdirib. Ən vacib məsələ indi baş verdi və onun ad gününə təsadüf etdi. İlham ƏliyevAzərbaycan xalqına qürur, şərəf, ləyaqət və doğma torpaqlarını qaytardı. Ali Baş Komandan 44 gün ərzində işğalçıları qovdu və Qarabağ uğrunda Vətən müharibəsində qalib gəldi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, məcburi köçkünlərin doğma yurdlarına qayıtmaq arzusunu gerçəkləşdirdi. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan təkcə döyüş meydanında deyil, həm də siyasi müstəvidə və informasiya məkanında inamlı qələbə qazandı və bu gün ölkəmiz öz şanlı tarixində möhtəşəm bir dövr yaşayır.

Maraqlıdır ki, postsovet ölkələri tarixində bəlkə də az sayda şəxslərdən biri olaraq İlham Əliyev üçüncü tərəf kimi ədalətli hakim rolunda, bir sərkərdə kimi hakimiyyətdən üstün olmağı bacardı. İ.Əliyev həmişə iki zəruri dəyərdən danışırdı: ədalət və ləyaqət. Belə ki, o, xalqa yaxın idi. Azərbaycanda ədalətli və xalqa yaxın prezidenti həmişə seviblər və sevirlər. Başlıcası odur ki, ona, qərarlarına etibar edirlər. Buna görə hərbi qulluqçularla yanaşı, vətəndaşlar könüllü və səfərbərliklə sonadək və tərəddüd etmədən Qarabağı qorumağa getdilər, çünki liderinə və böyük bir qələbəyə əmin idilər. Xalq bu müharibəni 44 günlük Vətən Müharibəsi ve dəmir yumruğun qələbəsi adlandırır. O səbəbdən ki, güclü iradəli əsgərlər öz Ali Baş Komandanlarının dəmir yumruğu ətrafına birləşərək, cəsarətləri və vətənpərvərlikləri ilə qalib gəldilər, işğalçıları öz torpaqlarından qovdular.

Milli maraqları qorumaq siyasəti ilə təcrübəli və uzaqgörən dövlət xadimi -Azərbaycanın lideri bütün dünyadakı soydaşlarının sevgisinə və hörmətinə haqlı olaraq layiqdir, çünki onun hər qərarının arxasında Vətənə və xalqa xidmət etmək kimi səmimi istək var. İnsanlar Azərbaycanın hərtərəfli inkişafını, öz rifahlarını və təhlükəsizliyini, övladları üçün etibarlı, parlaq gələcəyini məhz onunla bağlayırlar.

Hərbi sahədə böyük uğurlarla yanaşı, Azərbaycanın lideri ölkə iqtisadiyyatını da güclü inkişaf etdirib, sosial sahədə böyük işlər görülüb. Bu sahələrdə bir çox layihələr həyata keçirilib ki, bu da Azərbaycanı bu gün Qafqazda ən yüksək alıcılıq qabiliyyətinə malik ölkəyə çevirib. Dövlət, eyni zamanda, ən sabit pensiya sisteminə malikdir. Ümumiyyətlə, Prezident İlham Əliyev vətəndaşların ən çox ehtiyac duyduğu maliyyə sabitliyini təmin edib. İlham Əliyev neft strategiyası üzrə ölkə üçün ən etibarlı maliyyə təhlükəsizliyindən birini - Neft Fondunu yaradıb...

Son dövrlərdə dünyanın iqtisadi quruluşunu sarsıdan üç qlobal böhran (koronavirus pandemiyası daxil olmaqla) Azərbaycanda bəzi ekspertlər tərəfindən proqnozlaşdırılan “sonda hər şeyin məhv olacağı şəkildə inkişaf edəcəyi” ssenarisinə səbəb olmadı.

Əslində, İ.Əliyevin hakimiyyətinin əvvəlində artıq Azərbaycan dünyanın ən güclü karbohidrogen ölkələrindən biri oldu. Azərbaycan qardaş Türkiyədə ən böyük və etibarlı xarici sərmayədarlardan birinə çevrilib. Bunlar Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Türkiyənin ən böyük sənaye müəssisələrindən biri olan İzmir yaxınlığındakı “Star” neft emalı zavodu, son illərdə TANAP qaz kəməridir. Məhz TANAP sayəsində Azərbaycan Türkiyəyə ən böyük qaz ixracatçısı oldu. Bu həm bir layihə, həm bir konsepsiya, həm də ilkin sərmayədir. Əminliklə demək olar ki, TANAP Cənub Qaz Dəhlizi ideyasını xilas etdi. Avropanın qaz təminatı artıq bu layihəyə əsaslanır.

Qarabağ qələbəsindən sonra isə tam yeni bir dövr başlayır, Azərbaycan və eləcə də qonşular üçün də yeni iqtisadi perspektivlər açılacaq. Bu, sevinc və prezidentə təşəkkür üçün ayrıca bir səbəbdir.

Yuxarıda qeyd edilənlərə əsaslanaraq əminliklə deyə bilərik ki, tarix İlham Əliyevə belə qiymət verəcək, gələcək nəsillər onu belə adlandıracaq: Böyük hökmdar, böyük sərkərdə!

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.

2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Sonra daha üç dəfə seçilib və hər dəfə 83% - 86% səs toplayıb. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının sədridir. Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir. Evlidir, üç övladı var.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR