Bu yolla erməni vəhşiliyini daha böyük miqyasda tanıda bilərik - Ceyhun Məmmədov
Bizi izləyin

Nida Təhlil

Bu yolla erməni vəhşiliyini daha böyük miqyasda tanıda bilərik - Ceyhun Məmmədov

“Ölkə başçısı fevralın 23-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin ilə videoformatda görüşdü. Həmsədr bildirdi ki, bütün tarixi abidələrin qorunmasına dair xüsusi tədbirin keçirilməsi məsələsi müzakirə olunur və o, UNESCO, Dünya Abidələr Fondu kimi təşkilatları və mədəni irsin qorunmasına cəlb olunmuş qurumları dəvət etməklə bu məsələni daha yaxşı qabarda biləcəklərini qeyd etdi. Bu baxımdan bu mərkəzin fəaliyyəti və ölkəmiz üçün əhəmiyyəti olduqca böyükdür”.

Bu fikirləri Publika.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, bu gün erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılması qarşımızda duran çox vacib missiyalardan biridir: “Bunun üçün biz diplomatların, səfirlərin Qarabağa səfərlərini təşkil edirik, eyni zamanda beynəlxalq qurumların imkanlarından da istifadə edirik. ICESCO, Türk Şurası ölkəmizə gəlib, erməni vandalizmi ilə tanış olublar. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin də böyük bir təşkilat olduğunu və diaspor komitələri ilə işlədiyini nəzərə alaraq, onların bu proseslərdə iştirak etmələrinin, Qarabağdakı dağıntıları öz gözləri ilə görmələrinin erməni vandalizminin dünyaya çatdırılmasında ciddi rolu ola bilər.

Mərkəzin üzvləri olanları öz gözləri ilə görüb digər həmkarları ilə bölüşə bilər. Biz bu şəkildə erməni vəhşiliyini daha böyük miqyasda dünyaya tanıda bilərik. Bununla yanaşı, işğaldan azad olunan ərazilərə beynəlxalq təşkilatların səfərlərini daha çox təşkil etməliyik. Ayrı-ayrı dövlətlərin nümayəndələrini də dəvət etməliyik və bu istiqamətdə çox ciddi iş aparmalıyıq”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm