Azərbaycan vaksinləşmə prosesində MDB məkanında lider ölkə kimi öz sözünü dedi - RƏY
Bizi izləyin

Nida Təhlil

Azərbaycan vaksinləşmə prosesində MDB məkanında lider ölkə kimi öz sözünü dedi - RƏY

"Azərbaycan o ölkələrdəndir ki, koronavirus bütün dünyada pandemiya elan olunandan sonra bu virusa qarşı ən effektiv tədbirlər müəyyənləşdirib və onu həyata keçirib".

Bunu Publika.az-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib.

Milli Məclisin deputatı bildirib ki, bu virusa qarşı aparılan mübarizə tədbirlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə hər zaman minnətdarlıqlarını bildirib: "Eyni zamanda, Azərbaycan vaksinləşmə prosesini ilk aparan ölkələrdəndir. 2021-ci ilin yanvarın 18-dən ölkəmizdə vaksinasiya başlayıb. Hazırda bu proses uğurla həyata keçirilir. Təssüf ki, dünyadakı ikili standartlar bu sahədə də mövcuddur. Ümumilikdə, vaksinlərin ədalətli bölgüsündə çox böyük suallar var. Ədalətli bölgü hələ də müəyyənləşməyib. Amma cənab prezidentimizin rəhbərliyi ilə ölkəmizə xeyli sayda vaksin dozunun gətirilməsinə nail olub. Artıq yanvarın 18-dən ölkəmizin hər bölgəsində vaksinləşmə prosesi uğurla icra edilir".

Cavid Osmanovun fikrincə, bu proses mərhələli şəkildə gedir: "Bu gün də Azərbaycan vaksinləşmə prosesində MDB məkanında lider ölkə kimi öz sözünü deyib. Əlbəttə, bu proses koronavirus pandemiyası dövründə ən vacib məqamlardan biridir. Cənab prezidentimizin tapşırığı əsasında bu prosesə Azərbaycana vaksin dozalarının gətirilməsi, bir sıra aparıcı təşkilatlarla müqavilənin bağlanması, xüsusən Çindən Azərbaycana bu virusa qarşı nəzərdə tutulan vaksinlərin göndərilməsi həyata keçirilir. Bir daha deyim ki, bu işdə mütəşəkillik var və proses ölkəmizin hər bir bölgəsində uğurla icra edilir".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm