Deputat erməni təxribatlarının səbəblərini AÇIQLADI
Bizi izləyin

Nida Təhlil

Deputat erməni təxribatlarının səbəblərini AÇIQLADI

“Son dövrlər İrəvanda ermənilər tərəfindən müxtəlif revanş çağırışları səsləndirilir, sərhəd bölgələrində təxribatlara əl atılır. Bunun bir neçə səbəbi var”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. Millət vəkili bildirib ki, əsas səbəb 44 günlük müharibədə “məğlubedilməz” erməni ordusunun darmadağın olunması və dünya erməniliyinə vurulmuş sağalmaz zərbədir:

“İkincisi, qarşıdan gələn taleyüklü seçki kampaniyası ilə əlaqədar siyasi partiyaların bir-birinə qarşı kompromat savaşıdır. Üçüncüsü, regionda xüsusi geosiyasi maraqları olan, bu maraqları təmin etmək üçün daim gərginliyin saxlanmasında marağı olan xarici qüvvələrdir”.

Nəsib Məhəməliyevin fikrincə, bu meyllərin artması ilk növbədə erməni xalqının təhlükə altına atılmasıdır:

“Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin ölkənin ərazi bütövlüyünü, suveren hüquqlarını ən effektiv şəkildə qorumaq iqtidarında olduğunu sübut etdi. Azərbaycan Prezidentinin isə ən kritik anlarda siyasi iradə nümayiş etdirməsini bütün dünya gördü. Təsadüfi deyil ki, Hacıqabul rayonuna səfəri çərçivəsində ölkə başçısı Azərbaycan Televiziyasına verdiyi müsahibədə ermənilərə və havadarlarına xəbərdarlıq edərək bildirdi ki, biz istənilən təxribata sərt şəkildə cavab verəcəyik”.

Millət vəkili hesab edir ki, təxribata meyilli erməni separatçıları cinayət törətməmişdən əvvəl xeyli götür-qoy etməli, fəsadları barədə düşünməlidirlər.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm