Nida Təhlil
Bu şərtlərin Azərbaycan mətbuatının inkişafında böyük rolu olacaq - Rəşad Məcid
Son aylar Medianın İnkişafı Agentliyi (MEDİA) çox gərgin işləyir. Həm “Media haqqında” yeni qanun layihəsinin hazırlanması istiqamətində, həm də yeni şərtlər üzərində iş gedirdi. Bu da çox gərgin bir fəaliyyətdir.
Bunu Publika.az-a “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyib.
R.Məcidin sözlərinə görə, bu gün media artıq klassik formadan yeni mediaya keçir, yeni media yaranır, veb-saytlar, audiovizual media qurumları təsis edilir. Buna görə də MEDİA-nın üzərinə böyük məsuliyyət və gərgin iş düşür: “Hesab edirəm ki, elan olunan yeni şərtlər və müsabiqələr məqbuldur. Artıq klassik media, qəzetlərin yazılı forması, çap mediası, çap məhsulları getdikcə tarixə qovuşacaq. Bu baxımdan bu keçid dövrü üçün Medianın İnkişafı Agentliyinin elan etdiyi qərar və müsaqibələri yüksək qiymətləndirirəm.
İlk olaraq burada imkan yaranır ki, qəzetlər tədricən veb-saytlarını yaratsınlar və ya yeniləsinlər. Bunun üçün də xüsusi olaraq ayrıca vəsait ayrılır. Eyni zamanda, ilk dəfə olaraq bir neçə ildir hazırlanırdı ki, veb-saytlar üçün də vəsait ayrılsın. Agentliyin onlar üçün də təqdim etdiyi ilkin tələblər məqbuldur. Minimum 3 işçinin olması və gündə 20 xəbərin yayılması vacib məsələdir. Çünki media jurnalist adına iddia olunursa, bu tələblərə də əməl olunmalıdır. Düşünürəm ki, Azərbaycan mətbuatının inkişafında və klassik, ənənəvi formadan yeni formalara keçmək məsələsində bu şərtlərin böyük rolu olacaq”.
Akqabay Mıradov
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər


















.jpg)

















