Kremlin əsl dostu olduğunu sübut edən İlham Əliyevin bu işdə... - Arkov
Bizi izləyin

Nida Təhlil

Kremlin əsl dostu olduğunu sübut edən İlham Əliyevin bu işdə... - Arkov

Publika.az Axar.az-a istinadla PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri, tanınmış rusiyalı ekspert Vitali Arkov ilə müsahibəni təqdim edir:

- Qısamüddətli perspektivdə Qarabağdakı vəziyyət sizə necə görünür? Rusiya sülhməramlıları regionda nə qədər qalacaq? Türkiyənin təsiri nə qədər güclü olacaq?

- Keçmiş Dağlıq Qarabağ, Xankəndi də daxil olmaqla, əlbəttə ki, Azərbaycanın ərazisidir və bu, həm dünya birliyi tərəfindən, həm də Moskva tərəfindən tanınır. Nəqliyyat dəhlizlərinin yaradılması və buna Ermənistanın müəyyən qüvvələri tərəfindən müqavimət göstərilməsi hələ də perimetr üzrə sülhməramlıların yerləşdirilməsini aktual saxlayır.

Türkiyə amili ayrıca nəzərdən keçirilməlidir. Bəli, tarixən Rusiya ilə Türkiyə arasında ciddi fikir ayrılıqları və maraqların kəsişməsi az olmayıb. Yeni tarixdə də gərginliklər olmuşdur. Ən yadda qalanı isə Türkiyə Hərbi Hava Qüvvələrinin Rusiya qırıcısını vurması və Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun FETÖ tərəfindən qətlə yetirilməsidir.

Əslində, hər iki hadisə açıq hərbi münaqişəyə gətirib çıxara, Moskva və Ankara arasında diplomatik münasibətlərin qırılmasına və bütün iqtisadi əlaqələrin kəsilməsinə qədər ciddi gərginliyə səbəb ola bilərdi. Əslinə qalsa, bu qanlı təxribatların sifarişçiləri də elə buna da ümüd edirdilər. Lakin ölkələrimizin ali rəhbərliyi çətin vəziyyətdən çıxmaq üçün təcrübə və müdriklik göstərə bildilər. Və onu da qeyd etmək lazımdır ki, diplomatın unikal istedadını növbəti dəfə nümayiş etdirən və əlbəttə ki, Kremlin və bütün rus xalqının əsl dostu olduğunu sübut edən Azərbaycanın lideri İlham Əliyevin bu işdə vasitəçilik rolu misilsizdir.

Odur ki, bu cür sınaqlardan sonra iki böyük dövlət üçün bütün mövcud və qaçılmaz olan fikir ayrılıqları artıq qarşısıalınmaz deyil. Postmodern dövründə bu və ya digər regionda təsir gücünü artırmaq üçün nə orada hərbi bazaların olmasına, nə də hakimiyyət başında marionetlərə ehtiyac var. Həm Rusiya, həm də Türkiyə müəyyən səhvlərdən sonra artıq tam olaraq anlaya bildilər ki, qonşu dövlətlərin marağında olmaq üçün ilk növbədə iqtisadi və ictimai-siyasi sahələrdə cəlbedici olmaq gərəkdir.

Əlbəttə ki, Kreml və Ankaranı dost adlandırmaq mümkün deyil. Onlar daha çox rəqiblərdir. Lakin hazırkı rəhbərlər də ümumi düşmənlə mübarizədə qarşılıqlı maraqları, güzəştləri, həmrəyliyi nəzərə alıraq əməkdaşlıq edir. Onların əsas rəqibinin isə qeyd olunmasına baxmayaraq, Qərb deyil, fikrimcə, bu məsələlərdə Türkiyə və Rusiya daha çox Pekindən çəkilməlidir.

- Bir müddəd öncə İranın da dəstəyini itirən Ermənistanın özündə vəziyyəti necə görürsünüz? Nələr baş verə bilər?

- Erməni cəmiyyətinə indi həsəd aparmaq olmaz. İkinci Qarabağ müharibəsində məğlubiyyətdən və qondarma "Qarabağ klanı" nın bərpası cəhdindən sonra (bu məsələdə hər şey rəsmi şəkildə təqdim edildiyi kimi birmənalı deyil və Ermənistanın yeni rəhbərliyinin müəyyən hibridliyindən də danışmaq olar) insanlar yeni reallığa keçməyə hazır olmadılar.

Bir və ya beş ildən sonra Ermənistanın necə olacağı məsələsi məhz indi həll olunur. Bəli, parlament seçkiləri keçirildi və formal olaraq Ermənistan mütərəqqi yol seçdi. Amma hətta seçkilərin rəsmi nəticələri belə göstərir ki, hazırda erməni cəmiyyəti parçalanıb, burada hələ vahid fikir və vahid mövqe yoxdur.

Deməli, biz Ermənistanın seçdiyi yolda irəliyə doğru 1, geriyə doğru 2 addım izləyəcəyik. Buna Bakı da hazır olmalı, əlləri ultimatumlarla burmaq yox, erməni reallıqlarına anlayışla yanaşmalıdır. Üstəlik, bu, bir addım daha geriyə atmaq üçün bəhanə olacaq. Ermənistanın siyasi elitası hər şeyi oğurlamağa alışıb - həm büdcə pulları, həm Rusiya kreditləri, həm də özəl investisiyalar. Xəzinədarlıqla və korrupsiya ilə mübarizə aparan Nikola Paşinyan yalnız başqalarının ciblərini dolduranların soyadlarını dəyişib, “sistem” və "ənənələr" əvvəlki kimi qalıb.

Ona görə də xarici investorlar Füzuliyə, Ağdama və əlbəttə ki, Şuşaya intuziazmla gedəcəklər. Amma hətta İrəvana getməzdən əvvəl min dəfə düşünəcəklər. Azərbaycan şəhər və rayonlarının inkişafı fonunda Xankəndi çökmüş halda olacaq. Erməni oliqarxlar isə (həm Ermənistanın özündə, həm də başqa ölkələrdə yaşayan milyonçular – red.) yalnız sözdə vətənpərvərdirlər. Belə ki, Xankəndinin özü belə Azərbaycan qucağına can atacaq. İllərdir biz ermənilərin bu əraziləri viran qoymasının şahidi olmuşuq. İndi isə Bakı tərəfindən işğaldan azad edilmiş rayonlara münasibəti də görürük. Və həqiqətən də kimin əsl vətənpərvər olduğu aydın olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm