Nida Təhlil
Ermənistan buna məcburdur - POLİTOLOQ
“Ermənistan hökuməti sülh müqaviləsinin imzalanması ilə bağlı hazırlıqlar gördüklərini bəyan etdi. Ancaq onlara tam inanmaq olmaz, çünki ermənilər əsası olmayan və təxribat yönümlü çıxışlar edir”.
Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Politoloq qeyd edib ki, Ermənistan rəsmiləri Qarabağla bağlı sərsəm çıxışlar edir: “Ermənilər çıxış edərkən siyasi-etik qaydalara riayət etmirlər. Sergey Lavrov isə Qarabağda müharibənin bitdiyini və Ermənistanla Türkiyə arasında əlaqələrin yaradılmasının zəruriliyini bildirib. Müharibənin bitməsinə baxmayaraq hələ demarkasiya və delimitasiya işləri yekunlaşmayıb. Qazaxın yeddi və Naxçıvanın bir kəndi Azərbaycana geri qaytarılmayıb. Ermənilər tərəfindən Qarabağ haqqında qaldırılan əsassız iddialar sülh danışıqlarının önünü kəsən ən böyük maneələrdən biridir. Çünki bu məsələlər gərginlik yaradan amillərdəndir. Ermənilərin sülh müqaviləsi üçün şərt irəli sürmələri kifayət qədər mənasızdır”.
Q.Hüseynli vurğulayıb ki, sülh müqaviləsinin bağlanması üçün Ermənistan bizimi ərazi bütövlüyümüzü tanımalıdır: “Bölgədə komunikasiya xətlərinin açılması ilə bağlı razılaşma əldə olunmalıdır. Bu məsələlər Moskva görüşündə də vurğulanıb, ancaq ermənilər gerçəkliyə uyğun olmayacaq şərtlər irəli sürürlər. Ermənistan özünü “sülh göyərçini” kimi göstərməyə çalışır, amma kənar qüvvələrin təhriki ilə sülh müqaviləsinə mane olacaq bəyanatlar səsləndirir. Bütün bunlara baxmayaraq Azərbaycan sülhə hazırdır və bölgədə gərginliyin sonlanması tərəfdarıdır. Biz Laçın koridoru üzərində öz nəzarətimizi gücləndirməliyik və Rusiya sülhməramlıları da bilməlidir ki, bu ərazilər Azərbaycana məxsusdur. Ermənistan bizim ərazi bütövlüyümüzü tanımalı və buna hörmət göstərmək məcburiyyətindədir”.
Rahib Ələsgərov
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Emosiyalarınızı idarə etmək çətinləşəcək
-
Sosial10 Oktyabr 23:48
Ali məktəbi yüksək nəticə ilə bitirən gənc QƏFİL ÖLDÜ
-
ABŞ10 Oktyabr 23:24
Məşhur ailənin ən yaşlı üzvü VƏFAT ETDİ - FOTO
-
Magazin110 Oktyabr 23:12
Aygün Kazımovanın bu geyimi görün neçəyədir - FOTO
-
Səhiyyə10 Oktyabr 22:36
Bu xəstəliklər bağırsaq xərçənginə YOL AÇIR
-
İdman10 Oktyabr 22:24
Azərbaycanda televiziya kanalına o rəhbərlik edəcək - FOTO/TƏYİNAT
-
Avropa10 Oktyabr 21:15
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı belə QƏRAR VERDİ
-
Sosial10 Oktyabr 21:05
Əhmədin müzakirələrə səbəb olan məhkəmə qərarı ilə bağlı RƏSMİ AÇIQLAMA