İrəvan separatçılarla siyasi təması qırır: Ermənistan oyundan çəkilirmi?
Bizi izləyin

Nida Təhlil

İrəvan separatçılarla siyasi təması qırır: Ermənistan oyundan çəkilirmi?

Ermənistanın müstəqillik günü münasibətilə keçirilən mərasimə Qarabağdakı separatçı-terrorçu rejimdən heç kim dəvət olunmayıb: baş separatçı Araik Arutyunyan İrəvana gəlməyəcək, qondarma “parlament” də iştirak etməyəcək; sentyabrın 2-də Xankəndidəki qondarma “mərasimi”ə də Ermənistan rəhbərliyindən heç kim qatılmamışdı.

Rəsmi İrəvan Xankəndidəki separatçılara sosial-iqtisadi dəstəyi saxlasa da, siyasi təmasları minimuma endirir: bunun birdən çox səbəbi mümkündür.

- Ermənistan hakimiyyəti bölgədə kommunikasiyanın açılması, Türkiyə ilə münasibətlərin normallaşması fonunda Bakını qıcıqlandırmaqdan çəkinir: “sülh müqaviləsi” ilə bağlı danışıqlarda Qarabağın “statusu”nun ümumiyyətlə müzakirə edilmədiyinə dair məlumatlar var;

- Paşinyan hakimiyyəti Xankəndidəki separatçıları Rusiyanın qucağına itələyir və bununla problemdən yaxasını qurtarmağa çalışır;

Ermənistanın tərəf kimi bölgədən çıxmasının mümkün nəticələri nə ola bilər?

Birincisi, Rusiya tərəfə çevrilə və rus sülhməramlılarının nəzarət etdiyi Azərbaycan ərazilərində Moskvanın təhlükəli ssenariləri, xüsusilə “etnik münaqişə” kartı davamlı risklər yarada bilər;

İkincisi, Rusiya tərəf olsa da, bölgədə güc balansı ikinin birə - Bakı-Ankara və Moskva – dəyişir; bu balans qarşısında ruslar anlaşmağa daha meylli ola bilər;

Sərhədlərin delimitasiya-demarkasiya prosesinin başa çatması Qarabağa tam nəzarət məsələsində də Bakının əlini gücləndirəcək amildir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm