44 günlük müharibədəki qələbəmizdə Türkiyənin xüsusi rolu danılmazdır - Mollazadə
Bizi izləyin

Nida Təhlil

44 günlük müharibədəki qələbəmizdə Türkiyənin xüsusi rolu danılmazdır - Mollazadə

“44 günlük Vətən müharibəsində Türkiyə Azərbaycana böyük mənəvi və siyasi dəstək verib. Uzun illərdir ki, Türkiyə Silahlı Qüvvələri Azərbaycan Ordusunun mənəvi-psixoloji, taktiki-texniki və digər istiqamətlərdə hazırlığında böyük rol oyamaqdadır. Azərbaycan Silahlı Qüvvələrinin müasir müharibə aparmaq imkanlarına malik olmasında da türk ordusunun rolu çox böyükdür”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə 44 günlük Vətən müharibəsində və ondan sonrakı proseslərdə qardaş Türkiyənin Azərbaycanın yanında olmasından danışarkən deyib.

ADİP sədri bildirib ki, Türkiyə Silahlı Qüvvələri bu istiqamətdə də Azərbaycan Ordusuna çox ciddi dəstəklər verib:

“Azərbaycanın hərbi mütəxəssisləri də Türkiyə Silahlı Qüvvələri tərəfindən hazırlanıb. Onları müasir hərbi sursatlarla və texnikalarla təmin edib. Həmin texnika və sursatların idarə edilməsi təcrübə keçməsində öz dəstəyini əsirgəməyib. Türkiyə və Azərbaycanın birliyi əslində bölgəyə böyük sülh və əməkdaşlıq imkanları gətirib. 44 günlük Vətən müharibəsindəki qələbəmizdə də Türkiyənin çox böyük rolu olub. Ən əsas rol isə Ankaranın Bakıya siyasi və mənəvi dəstəyi ilə bağlıdır. Həmin dövrdə Türkiyə Prezidenti də bəyanat verdi. Bildirdi ki, hansısa üçüncü tərəf bu müharibəyə qarışmamalıdır. Çünki biz də buradayıq - söylədi. Ankara üçüncü dövlətin bu müharibəyə qarışmasına imkan verməyəcəyini bəyan etdi”.

Deputatın fikrincə, bu da 44 günlük müharibədə Azərbaycanın Ermənistanla təkbətək qalmasına və qələbə qazanmasına şərait yaratdı: “Beləliklə, bu mənəvi-siyasi dəstək nəticəsində Azərbaycan qələbə qazandı. Bizim əməkdaşlığımız Türkiyədən başqa digər ölkələrlə də olub. Onlar da Azərbaycan Silahlı Qüvvələrinin müasir silah və texnika ilə təmin olunmasında dəstək veriblər. Amma 44 günlük savaşda şanlı qələbəmizi qazanmaqda Türkiyənin xüsusi rolu danılmazdır. Biz bu qələbəni Türkiyənin böyük mənəvi-siyasi dəstəyi sayəsində qazandıq”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm