Laçında baş verənlər, Sarıbabada aşkarlanan minaların tarixi... - YENİ FAKTLAR
Bizi izləyin

Nida Təhlil

Laçında baş verənlər, Sarıbabada aşkarlanan minaların tarixi... - YENİ FAKTLAR

Ermənistan tərəfindən Laçının işğalı və bu günlərdə tam Azərbaycanın nəzarətinə keçməsi bəlli bir tarixi əhatə edir. 30 ilə yaxın bu, xalqımız üçün acılı bir tarix oldu. Çünki Laçın Azərbaycan üçün olduqca strateji əhəmiyyətə malik olan bir rayondur. Bu rayonun işğalı ilə ermənilər Qarabağa maneəsiz gediş-gəliş yaratmağa nail olmuşdular. Amma Ali Baş Komandan başda olmaqla Müzəffər Ordumuzun yaratdığı yeni reallığa uyğun bu ayın axırı, gələn ayın əvvəlinə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana təhvil veriləcək.

Publika.az xəbər verir ki, bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O qeyd edib ki, bu reallıqlar 44 günlük Vətən Müharibəsində rəşadətli Ordumuzun tarixi zəfərindən formalaşır: “Ermənilər Laçına necə işğalçı kimi gəlmişdilərsə, o cür də gedirlər. Onlar bu əraziyə gələndə də vəhşi, dağıdıcı, viranedici kimi gəlmişdilər. Gedişlərində bu “əməllər”indən geri qalmadılar. Çünki bu toplum hələ də qəbilə əxlaqında, tərbiyəsindədir. Müasir dünyadan tamam uzaq qalan bir toplum hələ də sivil dəyərlərə uyğunlaşa bilmir. Laçın şəhərini, Zabuxu, Susu tərk edən vəhşi toplum yenə də yandırmaqla, viran qoymaqla məşğuldur. Ona görə də, tarixin heç bir dövründə bu toplumla normal səviyyədə davranmaq mümkün deyil”.

Millət vəkili hesab edir ki, indi 90-cı illərdən fərqli olaraq informasiya qıtlığı mövcud deyil: “Həmin vaxtlarda isə informasiya qıtlığı yaşanırdı. Doğru xəbərlərin yayılmasında çətinliklər çox idi. Amma indi elə bir dövr yaranıb ki, ermənilərin bütün hərəkətləri, törətdiyi vəhşiliklər açıq şəkildə izlənilir. Artıq bütün dünya ermənilərin necə barbar, vandal bir toplum olduğunu görür. Onlara havadarlıq edənlər də bunlardan dərs çıxarmalıdır. Əslində bu qüvvələr kimlərə havadarlıq, dəstək olduqlarına bir daha nəzər salmalıdırlar. Özlərini “məzlum” xalq kimi təqdim edənlərin nələr etdiyini yəqin ki, onların havadarları daha yaxşı görür”.

Elman Məmmədov Vətən müharibəsindən ötən iki ilə yaxın dövrdə Azərbaycan dövlətinin azad edilmiş ərazilərdə bərpa quruculuq işləri ilə məşğul olduğunu söyləyib: “Ərazilərin minalardan təmizlənməsi ilə yanaşı quruculuq işləri də dayanmadan, ardıcıllıqla icra edilir. Ermənilər isə növbəti dəfə barbarlıqla, imkan düşdükcə əraziləri minalamaqla məşğuldur. Sarıbaba yüksəkliyi azad edildikdən sonra mina təmizləyənmlərimiz oradan 991 ədəd Ermənistan istehsalı olan mina aşkarlayıb. Həmin minaların isə istehsal tarixi 2021-ci ilə təsadüf edir. Bu o deməkdir ki, erməni tərəfi müharibə bitdikdən sonar da özlərinin məkirli planlarından, pis əməllərindən əl çəkməyiblər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm