Nida Təhlil
“Avropa Siyasi Birliyi” sammiti: 5 sual və cavab
Bu gün, 6 oktyabr 2022-ci il tarixində Çex Respublikasının paytaxtı Praqada “Avropa Siyasi Birliyinin” ilk sammiti baş tutub. Sammitin də əsas hadisələrindən biri Türkiyə Prezidenti ilə Ermənistanın Baş nazirinin görüşü hesab oluna bilər.
Publika.az “Avropa Siyasi Birliyi” ilə bağlı cəmiyyətdə məlumatların az olmasını nəzərə alaraq bu siyasi birlik haqda hazırladığı arayışı təqdim edir.
1. “Avropa Siyasi Birliyi” nədir?
“Avropa Siyasi Birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.
2. Sammit neçənci dəfədir keçirilir?
İlk dəfə keçirilən “Avropa Siyasi Birliyi” sammiti Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirir. Toplantı ərzində liderlər müxtəlif fikir mübadilələri zamanı sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya və hərəkətlilik məsələlərini müzakirə edə biləcəklər.
3. Bu kimin təşəbbüsüdür?
2022-ci il mayın 9-da Fransa Prezidenti Emmanuel Makron Ukrayna kimi Aİ-dən kənar ölkələrin daxil ola biləcəyi yeni siyasi birliyin yaradılmasını təklif edib.
“Biz hamımız çox yaxşı bilirik ki, Ukraynanın Aİ-yə daxil olması prosesi bir neçə il, əslində isə bəlkə də bir neçə onilliklər çəkəcək”, - Makron bildirib.
“Avropa İttifaqı inteqrasiya səviyyəsini və istəkləri nəzərə alaraq, qısa müddətdə Avropa qitəsinin strukturlaşdırılmasının yeganə vasitəsi ola bilməz. Biz Aİ daxilində qurulmuş yaxınlığı zəiflətmədən Avropamız, birliyimiz, sabitliyimiz haqqında düşünmək üçün bir yol tapmalıyıq”, - Makron bildirib.
“Mən bunu Avropanın siyasi icması adlandırardım” deyə Fransa Prezidenti bildirmişdi. Onun sözlərinə görə, belə bir təşkilat “fundamental dəyərlərimizə sadiq olan Avropa demokratiyalarına təhlükəsizlik, enerji, nəqliyyat, investisiyalar, infrastruktur və xalq hərəkatı sahələrində olduğu kimi siyasi əməkdaşlıq üçün yeni platforma tapmağa imkan verəcək”.
2022-ci il iyunun sonunda Avropa İttifaqının dövlət və hökumət başçıları Brüsseldə keçirilən sammitdə Makronun təklifini müzakirə edib və onun irəli sürülməsinə razılaşıblar.
4. Praqa sammitində kimlər iştirak edir?
Aİ-yə üzv olan 27 və Aİ-yə daxil olmayan 17 dövlətin, ümumilikdə 44 ölkənin dövlət və hökumət başçıları iştirak edirlər. Bunlar Böyük Britaniya, Norveç, Ukrayna, Albaniya, Ermənistan, Azərbaycan, Bosniya və Herseqovina, Gürcüstan, İslandiya, Kosovo, Lixtenşteyn, Moldova, Monteneqro, Şimali Makedoniya, Serbiya, İsveçrə və Türkiyədir.
5. Ermənistanın mövqeyi necədir?
Ermənistan hakimiyyəti Fransa Prezidentinin “Avropa siyasi icması” yaratmaq təşəbbüsünü bugünədək açıq şəkildə şərh etməyib.
Səxavət
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO