Azərbaycan BMT TŞ-də daimi üzv ola bilərmi? – Yeni DÜNYA NİZAMI
Bizi izləyin

Nida Təhlil

Azərbaycan BMT TŞ-də daimi üzv ola bilərmi? – Yeni DÜNYA NİZAMI

Rusiya-Ukrayna müharibəsinin təkcə iki ölkənin toqquşması yox, həm də iki qütbün mübarizəsi olduğu aydın görünür. Və bu müharibə bir daha təsdiq etdi ki, köhnə nizam – beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurası faktiki işləmir, yeni dünya nizamının formalaşmasına ehtiyac var, əslində iki qütb arasında getdikcə daha da amansız xarakter alan toqquşması da məhz yeni dünyada kimin hansı mövqe əldə etməsi, güc balansının necə formalaşması uğrundadır.

Prezident İlham Əliyevin yerli tekenallara verdiyi müsahibəsində geosiyasi toqquşma haqda səsləndirdiyi fikirlər, verdiyi proqnozlar xüsusilə diqqət çəkdi və bir neçə məqamı ön plana çıxardı:

Birincisi, Azərbaycan lideri dünyanın üzləşdiyi mövcud problemləri doğru təspit edir: Prezident Rusiya-Ukrayna müharibəsinin əslində fərqli üsulla aparılan Üçüncü Dünya müharibəsi olduğunu bildirdi;

İkincisi, Azərbaycan lideri dünyanın dərinləşən qütbləşməsində yaranacaq boşluğun doldurulması təklifini irəli sürür: Prezident bildirdi ki, “Dünya qütbləşib və qarşıdurma dərinləşir. Qərblə Rusiya arasında uçurum dərinləşəcək. Bu boşluğu dolduran güc mərkəzi kimi Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının bir üzvü çıxış edə bilər”.

Üçüncüsü, Azərbaycan lideri dünyanın üzləşdiyi mövcud problemin həll yolunu göstərir: BMT Təhlükəsizlik Şurasının yeni üzvləri olmalı və bu daimi üzvlərdən mütləq birini İslam Əməkdaşlıq Təşkilatı, digərini Qoşulmama Hərəkatı öz üzvləri arasından müəyyən etməli, veto hüququ qalacaqsa, onda o yeni iki üzvə də veto hüququ verilməlidir;

Prezident İlham Əliyev mövcud geosiyasi vəziyyəti və gələcəyi izah edir, həm də yeni dünya nizamında Azərbaycanı əsas oyunçular sırasına çıxarmaq strategiyası elan edir.

Və böyük ehtimalla gələcəkdə daha intensiv şəkildə gündəmə gələcək sualı aktuallaşdırır: Azərbaycan BMT Təhlükəsizlik Şurasının daimi üzvü ola bilərmi?

BMT TŞ-də 5 daimi üzvün monopolitiv siyasəti, eləcə də geosiyasi rəqabətdə ərazi və potensial baxımından böyük dövlətlərdən geri qalması Azərbaycan üçün belə perspektivi imkansız edir. Lakin Əliyev imkansız görünən bu vəziyyətdən çıxış yolunu təqdim edir: İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı üzərindən belə bir perspektiv yarana bilər;

Prezident bununla yeni dünya nizamında Azərbaycanı hansı istiqamətə aparmaq istədiyini də elan edir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm