Nida Təhlil
Tehrandakı səfirliyimizə hücumun pərdəarxası: hədəf nədir, kim təşkil edib? - VİDEO
İran rejimi səfirliyimizə hücumu “ailə münaqişəsi” kimi gülünc iddia ilə əsaslandırmağa çalışsa da, hücumun arxasında molla rejiminin özünün dayandığı aydın görünür: indiyə qədər siyasi bəyanatlar və hərbi təlimlər üzərindən “əzələ nümayişi” edirdilərsə, indi Bakıya praktiki mərhələdə edə biləcəklərinin mesajını verirlər; hücuma İran tərəfinin siyasi reaksiyasının gecikməsi də bu versiyanı ön plana çıxarır;
Ehtimalları bir qədər də dəqiqləşdirsək, hücumun təşkilində SEPAH-ın birbaşa iştirakı versiyası daha güclüdür və bu kontekstdə hücumun niyə indi edildiyi təsadüfi deyil: gərginliyin yaşandığı Bakı-Tehran xəttində son günlər Ankaranın vasitəçiliyi ilə müəyyən təmaslar yaranıb; bu təmaslara ən sərt reaksiyanı SEPAH qanadına bağlı media nümayiş etdirir və görünür, gərginliyin qalmasında, hətta pik həddə çatmasında maraqlıdırlar;
Birincisi, Bakını praktiki addımla hədələyirlər;
İkincisi, İranın Bakıdakı səfirliyinə qarşı hansısa addımın atılmasına sövq etməyə çalışırlar: molla rejimi Azərbaycanla qarşıdurmada əvvəldən Bakını təxribata çəkərək, “ilk hücum edən tərəfə” çevirmək istəyir;
Bu hücum 1979-cu ildə mollaların ABŞ səfiriliyinə qarşı atdığı addımı xatırladır: həmin vaxt da molla rejiminə düşmən elan edə biləcəyi qüvvə lazım idi, indi də. Regional proseslər və İranın maraqları fonunda baş verən bu hücum Azərbaycanı düşmən ölkəyə çevirmək niyyətlərindən xəbər verir.
Asif Nərimanlı
-
Nida Xəbər 10:48
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?