İki türk dövləti bu məsələdə tam razılıq əldə etdi
Bizi izləyin

Nida Təhlil

İki türk dövləti bu məsələdə tam razılıq əldə etdi

Qırğızıstan və Özbəkistan prezidentləri Sadır Japarov və Şavkat Mirziyoyev ratifikasiya sənədlərini mübadilə ediblər və bu, Qırğızıstan-Özbəkistan sərhədinin delimitasiyası prosesinin başa çatmasından xəbər verir.

Publika.az xəbər verir ki, bu barədə yanvarın 27-də "24.kg" informasiya agentliyi Qırğızıstan prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Cümə günü Qırğızıstan və Özbəkistan liderləri Bişkekdə danışıqlar aparıb, sonra tərəflər hərtərəfli strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar.

“Bu gün bizim üçün tarixi gündür. Qırğızıstan və Özbəkistan sərhədin delimitasiyası prosesini başa çatdırıb, ratifikasiya sənədlərini və Qırğızıstan-Özbəkistan sərhədi haqqında müqaviləni mübadilə edib. Biz sərhəd məsələlərinə son qoyduq. Əminəm ki, sərhəd məsələsinin yekun həlli qardaşlıq münasibətlərinin daha da inkişafında, sərhədyanı təmasların möhkəmləndirilməsində, Mərkəzi Asiya regionunda sabitliyin və təhlükəsizliyin gücləndirilməsində əsas rol oynayacaq”, - deyə Sadır Japarov bildirib.

Razılaşmaya əsasən, Özbəkistan-Qırğızıstan dövlət sərhədinin 35 hissəsi də daxil olmaqla, ümumi uzunluğu 302,29 kilometr olan sərhəd xətti müəyyən edilib. Özbəkistan, həmçinin Əndican su anbarının 4,957 min hektar ərazisini və bəndin saxlanması və mühafizəsi üçün əlavə 19,5 hektar ərazini alır. Qırğızıstana kompensasiya olaraq 1,019 hektar otlaq sahəsi verilir.

Özbəkistan tərəfi su anbarında suyun səviyyəsini 900 metrdən çox olmayan səviyyədə saxlamağı, qırğız xalqının sərvətlərdən sərbəst çıxışını və istifadəsini (heyvanların suvarılması, suvarma, balıqçılıq) təmin etməyi, su anbarı ətrafında mühəndis-texniki qurğular quraşdırmamağı öhdəsinə götürür.

Qırğızıstan tərəfi su mühafizə zonalarının yaradılmasını və sudan istifadə rejiminə əməl olunmasını təmin etməyi öhdəsinə götürüb.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm