Nida Təhlil
Türkiyədəki zəlzələnin arxasında nə dayanır: dəhşətli silah, yoxsa...?!

Türkiyədəki zəlzələ ilə bağlı səslənən sui-qəsd nəzəriyyələri qəribə görünür. Təbii ki, bu da bir yanaşmadır, lakin mümkünlüyü sual altındadır.
- Müxtəlif iddialar olsa da indiyə qədər süni zəlzələ yaradılması təsdiqini tapmayıb;
- Süni zəlzələnin törədilməsi Yerin qırılma xətlərinə müdaxilə deməkdir və belə müdaxilənin yarada biləcəyi risklər təkcə hədəfdə olan ölkəni əhatə etməyə bilər;
Bu sahənin mütəxəssisləri də süni zəlzələnin yaradıla bilməsi versiyasını təkzib edir.
Bu fikrin istinad nöqtəsi Türkiyənin seçkiyə hazırlaşdığı vaxt dəhşətli zəlzələnin baş verməsidir. Nəticə baxımından müzakirə etmək olar, hərçənd, Türkiyədə siyasi vəziyyətə təsir etmək üçün belə bir silahın, əgər varsa, istifadəsinə ehtiyac yoxdur: Qərb mediasının manipulyativ informasiyaları ilə belə prosesləri yönləndirmək imkanları var;
O başqa məsələ ki, baş verən zəlzələnin nəticələrindən siyasi maraqları üçün istifadə etməyə çalışacaqlar, xüsusilə seçki kampaniyasında bu məsələ ağırlıq təşkil edəcək. Eyni zamanda, dağıntıların Türkiyə iqtisadiyyatına vurduğu zərərin böyüklüyü də hakim partiyanın işini çətinləşdirir. Lakin burada seçkidə həlledici ola biləcək bir məqam da diqqətdən qaçmamalıdır: müxalifət seçki kampaniyası apararkən, hakim partiya zəlzələ bölgəsində görəcəyi işlərlə kampaniyasını praktiki olaraq göstərə bilər;
Asif Nərimanlı

-
Hadisə19:00
Dəhşətli qəzada ölən musiqiçi imiş - FOTO
-
ABŞ18:37
Diş fırçası ilə dəlik açıb həbsxanadan QAÇDILAR - FOTO
-
Magazin118:13
Müslüm Maqomayevin onu otağından qovmasından DANIŞDI: "Mənə ağıl öyrədəcəksən?" - VİDEO
-
Cənubi Qafqaz17:55
Sülh müqaviləsi üzərində işləyirik, Laçın yolunu isə... – Mirzoyan
-
Region16:33
Türkiyədə prezidentliyə namizəd azərbaycanlı kimdir?
-
ABŞ16:11
Böhran bütün dünyaya yayıla bilər - Şok ssenari
-
Sağlamlıq16:00
Yemək yeyə-yeyə su içmək olarmı? - Fikirlər alt-üst oldu - VİDEO
-
Magazin215:24
Ramazanda milyonlar qazanacaqlar - SİYAHI