Nida Təhlil
Lavrovun gəlişi: Moskva Bakıdan nə istəyir?
![](https://publika.az/storage/2022/07/05/lavrov--.jpg?v1722042470)
Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya iki günlük səfərə gəlir. Rusiya baş diplomatının gəlişi iki kontekstə diqqət çəkir: regiondakı siyasi mənzərə dəyişib və Ermənistanla Rusiya arasında soyuq küləklər əsir; səfər ənənəvi Bakı-İrəvan xəttində deyil, Moskva-Bakı xəttində planlaşdırılır;
Hazırda Rusiya üçün Cənubi Qafqazda iki risk yaranıb:
Birincisi, Ermənistanın Avropa İttifaqı missiyasını bölgəyə gətirməsi siyasi balansa və rusların maraqlarına risklər yaradıb;
İkincisi, Qərb Bakı-İrəvan münasibətlərində vasitəçiliyini xüsusilə Ermənistan üzərindən aktivləşdirir;
Bu vəziyyətdə Moskva Bakıya həm bölgədə, həm də “vasitəçilik missiyası”nda balansı qoruya biləcək həlledici oyunçu olaraq baxır. Lavrovun səfəri də Rusiya üçün yaranmış riskləri yerində müzakirə etmək məqsədi daşıyır. Hərçənd, Moskva üçtərəfli razılaşmaların icrasında ən azı praktiki addım atmalı və balansı qoruması üçün Bakıya nəsə verməlidir.
Asif Nərimanlı
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
İdman03:19
Ailəsi ilə istirahət edir: məkanı gizli saxlayır - FOTOLAR
-
Sağlamlıq02:18
Bu tərəvəz kişiləri prostat xərçəngindən qoruyur - Uroloqdan tövsiyə
-
Magazin101:48
Ebru Gündeşdən boşanma iddialarına CAVAB - FOTO
-
İdman01:20
Məşq edərkən maşın vurdu: Paris-2024-ü buraxacaq
-
Qoroskop00:42
Günün qoroskopu: gəlirləriniz arta bilər
-
Nida Xəbər 00:27
Sərdar Cəlaloğlu namizədliyini geri götürdü - Səbəbini belə izah etdi
-
Magazin100:12
"Ərim deyir ki, üçüncü uşaq olmasa, səni boşayacam" - Sevda Yahyayeva
-
İdman26 İyul 22:00
Azərbaycan nümayəndə heyəti paraddan keçdi - VİDEO