Nida Təhlil
Ordumuzun azad etdiyi yüksəkliyin strateji əhəmiyyəti – Hərbi ekspert detalları açıqladı

Əməliyyat nəticəsində Azərbaycan ordusunun məhdud bölmələri heç bir itki vermədən Ermənistandan rusların nəzarətində olan ərazilərə silah-sursat və minaların daşındığı Turşsu-Xəlfəli yoluna nəzarəti bərpa edib.
Bu barədə Publika.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, bu, rusların nəzarətində olan ərazilərdə Azərbaycan ordusunun uğurla həyata keçirdiyi növbəti əməliyyatdır.
“Bu əməliyyat gələcəkdə digər ərazilərin təmizlənməsi məqsədilə atılacaq addımlara mühüm dəstək verəcək. Fərrux, Qırxqız, Sarıbaba və Turşsu-Xəlfəli yolunun üzərindəki 2054 metr yüksəkliyində olan dağ zirvəsinin Azərbaycan ordusunun nəzarətində olması separatçı rejimin cilovlanması və onların ərazidən təmizlənməsi məqsədilə həyata keçiriləcək əməliyyatlarda mühüm plasdarm kimi də istifadə oluna bilər”, - ekspert deyib.
Ə.Verdiyev hesab edir ki, nəticə etibarilə bu yüksəkliyin Azərbaycan ordusunun nəzarətində olması Qarabağdakı erməni silahlılarının silah və sursatla təminatının dayandırılmasında böyük əhəmiyyət daşıyır.
Aydan Beydullayeva

-
İdman16:02
İstanbul finalından öncə siyasi qalmaqal: UEFA-da ara qarışdı
-
Rəsmi xronika15:57
İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:28
İlkin Süleymanov son sözünü dedi - YENİLƏNDİ
-
İdman14:45
Gözəlliyi başına bəla oldu, idmanı bu sahəyə dəyişdiyini açıqladı - FOTOLAR
-
Sosial13:49
Pul qazandır, amma hörmət görmə: Azərbaycanda banklar bu müştərilərə niyə dəyər vermirlər?
-
Region12:58
Azərbaycanlı teleaparıcı Türkiyədə "vay-vay"la gündəm oldu - VİDEO
-
ABŞ12:20
Gözlənilən qanun layihəsi təsdiqləndi - İyunun 5-dən...
-
Magazin211:58
Məşədi İbadın Gülnazına şükür, bunun neçə adaxlısı varmış? - Onun haqqında bilmədiklərimiz - FOTO