Eyni ssenari, eyni amansızlıq, vəhşilik və qəddarlıq: Əsrlərdir dəyişməyən erməni xisləti
Bizi izləyin

Nida Təhlil

Eyni ssenari, eyni amansızlıq, vəhşilik və qəddarlıq: Əsrlərdir dəyişməyən erməni xisləti

“105 il öncə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən kütləvi qətliamlar törədilmişdir. Azərbaycanlıların soyqırımı baş vermişdir və bu çox geniş coğrafiyada idi. Cənubi Qafqazda yaşayan azərbaycanlılar, Cənubi Azərbaycandakı soydaşlarımız, Şərqi Anadoludakı türklər, müsəlmanlar, ermənilər tərəfindən kütləvi şəkildə qətlə yetirilmişdilər”.

Bu sözləri Publika.az-a açıqlmasında tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova 31 Mart soyqırımı haqqında danışarkən deyib.

Tarixçi qeyd edib ki, 1917-ci ilin dekabrından başlayaraq intensiv şəkildə geniş coğrafiyada dinc müsəlman əhalinin, azərbaycanlıların qətlə yetirilməsinin bir səbəbi var idi ki, ermənilər əzəli yurd sahiblərinin etnik təmizlənməsi ilə onun tarixdən izini silmək, onların dini abidələrini, memarlıq abidələrini, məzarlıqları məhv etməklə öz niyyətlərinə çatmaq istəyirdilər.“Böyük Ermənistan” layihəsini gerçəkləşdirmək üçün hər cür vasitəni öz məqsədlərinə çatmaq üçün məqbul bilirdilər.

“Qısa zaman kəsiyində 10 minlərlə müsəlmanın qətlə yetirilməsi bu mahiyyətinə görə soyqırım aktı idi. İrəvan quberniyasında artıq 1917-ci ilin dekabrından başlayaraq qətliamlar həyata keçirilirdi. Eyni zamanda Naxçıvanda 100 mindən artıq Azərbaycan əhalisinin 73 mini ermənilər tərəfindən məhv edilmişdi”.

Firdovsiyyə Əhmədova bildirib ki, Bakıda üç gün ərzində martın otuzundan aprelin ikisinə qədər azərbaycanlılara qarşı qırğınlar davam etmişdir və üç gün ərzində Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdir. Eyni zamanda Azərbaycan milli məfkurəsini formalaşdıran maarif ocaqları, xeyriyyə cəmiyyətlərinin binası, mətbə redaksiyaları məhv edilmişdir.

“Daşnaklar, bolşevik qüvvələri ilə əlbir olub, eyni zaman kəsiyində Urmiyada, Xoyda, Salmasda, Makuda qırğınlar törətmişdilər. Bir gün ərzində, Urmiyada 500 ailə, yəni 12000 nəfər qətlə yetirilmişdi. Bu hadisə tarixə Urmu bəlası kimi düşmüşdür. Qarsda da eyni hadisə, eyni ssenari baş verirdi. Hətta Qarsda Rus Milli Şurası üzvünün yazdığına görə, qan və göz yaşları hesabına "Böyük Ermənistan" yaradılmasına cəhd göstərilirdi və bütün bu cinayətləri araşdırmaq üçün, Azərbaycan Cümhuriyyəti tərəfindən Fövqəladə Təhqiqat Komissiyası yaradılmışdı. Əsasən qeyri-müsəlman və qeyri-azərbaycanlılardan ibarət bir tərkibi idi. Peşəkar hüquqşünaslar tərəfindən 36 cilddən ibarət istintaq materialı hazırlanmışdır və ermənilərin törətdikləri cinayətlər nəticəsində dəyən maddi zərər, canlı itki hamısı sənədlərdə təkzibolunmaz faktlar kimi öz əksini tapmışdır”.

Tarixçi alim bildirib ki, istər 105 il əvvəl törədilmiş azərbaycanlıların soyqırımı, istərsə də son 30 il ərzində Azərbaycan torpaqlarının işğalı prosesində azərbaycanlıların yaşadığı soyqırımlar - Malıbəyli, Quşçular, Xocalı - bunlar eyni bir prosesin tərkib hissələridir. Sadəcə, təəccübləndirən və hiddətləndirən eyni zamanda, bəşəriyyətə qarşı, belə desək, bir cinayət aktı kimi qəbul olunan bu hadisənin XX yüzilliyin sonlarında baş verməsi XXI əsrdə yenidən bu əməlləri törətmək iqtidarında olan ermənilərin təxribatlarının davam etməsi bir daha göstərir ki, onlar tarixdən heç bir dərs almayıblar 100 il əvvəl olduğu kimi eyni amansızlıqla, eyni ssenari, vəhşilik və qəddarlıqla insanlara qarşı bu qətliamları törətməkdə davam edirlər. Ona görə də istər hüquqi müstəvidə, istərsə də mənəvi müstəvidə cinayətkarların məsuliyyətini, beynəlxalq səviyyədə qəbul etdirmək üçün Azərbaycan tərəfinin kifayət qədər tarixi sənədləri, materialları və müasir dövrdə isə özündə bu hadisələri əks etdirən foto və yaxud da video materiallar mövcuddur”.

O, bildirib ki, ermənilər 1918-ci ildə Azərbaycanı xarabazarlığa çevirmək istəsələr də, Qafqaz İslam Ordusu sayəsində Bakı işğaldan azad olundu, Azərbaycan Cümhuriyyəti quruldu, amma düşmən bundan dərs almadı: "Düşmənin xisləti dəyişməyib. Yenə də həmin ermənidir. 44 günlük müharibədən sonra da təxribatları davam etdirmələri göstərir ki, hələ də tarixdən dərs almayıblar".

Aydan Beydullayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm