Ermənistan Azərbaycana niyə indi hücum etdi? – TƏHLİL
Bizi izləyin

Nida Təhlil

Ermənistan Azərbaycana niyə indi hücum etdi? – TƏHLİL

Ermənistanın Laçın istiqamətində təxribat hücumuna keçməsindən sonra sərhəddə döyüşlər başlayıb: ordumuzun adekvat addımları nəticəsində erməni tərəfi ağır itkilər verib;

Ermənistan niyə indi hücuma keçdi?


Baş verənlərdə əsas məqam budur və proseslər göstərir ki, hədəf daha genişmiqyaslıdır. İrəvanın məqsədini bir neçə kontekstdə dəyərləndirmək olar:

Birincisi, sərhədin delimitasiyasının qarşısını almaq;

Yeni Laçın yolunun istifadəyə verilməsindən sonra bu istiqamətdə sərhədin bərpası başlandı. Bu, işğal dövründə Ermənistanın irəli çəkdiyi dövlət sərhədinin bərpasıdır və proses konkret xəritələrə əsasən aparılır. Əsas diqqətçəkən məqamlardan biri də rəsmi İrəvanın Azərbaycan Ordusu tərəfindən sərhədin bərpası prosesinə əvvəlcə etiraz etməməsi, hər şeyin razılaşma əsasında həyata keçirildiyini deməsi idi. Ordumuz ərazidə mühəndis işləri aparmağa başlayanda İrəvandan etirazlar eşidilməyə başlandı. Paşinyan bəyan etdi ki, Laçın istiqamətində sərhədin 12 kilometrlik hissəsinin 7 kilometrində yerləşmə məntəqələri dəqiqləşdirilib, 5 kilometr hissəsi mübahisəlidir. Əgər 7 kilometr hissə xəritə üzərindən dəqiqləşdirilirsə, İrəvanın 5 kilometr hissədə etiraz etməsi şübhələr yaradır və istisna deyil ki, burada məqsəd bu gün baş verən hərbi eskalasiyaya əsas yaratmaq üçün səbəbin formalaşdırılmasıdır.

İkincisi, masadakı razılaşmaları dağıtmaq və yeni şərtlər formalaşdırmaq;

Hərbi eskalasiya İrəvana siyasi baxımdan lazımdır:

- 44 günlük müharibədən sonra danışıqlar masasında gündəmdə olan məsələləri sıfırlayır, yeni gündə formalaşdırır, yaxud ən pis halda prosesi uzadır;
- Üçtərəfli razılaşmalarda üzərində götürdüyü öhdəliklərdən imtinaya əsas əldə edir;
- Sərhədə gətirdiyi Avropa İttifaqı missiyasının hesabatının “Azərbaycan təcavüzkardır” kontekstində hazırlanmasında zəmin yaradır: Laçın yolu məsələsində Bakıya qarşı beynəlxalq təzyiq kampaniyasına nail ola bilməyən İrəvanın bunu daha effektli olacağını düşündüyü sərhəd üzərindən edəcəyi gözlənilirdi;

Üçüncüsü, Rusiyanın Ermənistanın təhlükəsizliyində rol oynamadığı şərtlərinin yaradılması;

İstisna deyil ki, Ermənistan bu döyüşlərlə KTMT-dən dəstək tələbini yenidən aktuallaşdıracaq və bu dəstəyin alınmamasını əsas gətirərək, təhlükəsizliyin təmin edilməsində yeni iştirakçıların vacibliyini önə sürəcək.

Bu iştirakçılardan biri Avropa İttifaqı və ittifaqın missiyası altında çıxış edən Fransadır.

Digəri hansı ölkə ola bilər? Böyük ehtimalla İran. Təxribat hücumunun məhz indi edilməsinin səbəbini burada axtarmaq zərurəti var, xüsusilə Bakı-İrəvan münasibətlərinin normallaşması prosesində yeni addımların atılacağı gözləntisi fonunda.

1. Qərb masasında danışıqlar konkret nəticə verməsə də, növbəti görüşün Vaşinqtonda keçiriləcəyi gözlənilir;
2. Rusiya Azərbaycan-Ermənistan münasibətlərində təşəbbüsü yenidən ələ almaq məqsədilə aktivləşir: Lavrovun Ankarada Qarabağı müzakirə etməsi, eyni gündə Putinin Paşinyanla telefon danışığında üçtərəfli razılaşmaların icrası və sülh sazişinin hazırlığından danışması Moskvanın Qərb qarşısında önə çıxmaq istəyindən xəbər verir;


Qərb və Rusiya bölgədə bir-birinə qarşı olsa da, hansısa tərəfin təşəbbüsü ələ alması Ermənistanın götürdüyü öhdəliklərin icrasını aktuallaşdırır və bu, həm də İranı oyundan kənar vəziyyətə salır. Bu baxımdan, təxribat hücumunun Ermənistanla İranın birgə planı olması ehtimalı böyükdür. Tehran

1. Danışıqlarda mövcud gündəliyi pozmaq, özünün də hansısa formada iştirak imkanlarını yaradacaq yeni gündəliyi formalaşdırmaq;
2. Azərbaycana qarşı hücumu Ermənistan üzərindən davam etdirmək və “sərhədlərin dəyişməsi” perspektivinin qarşısını almaq;
3. Ermənistanın təhlükəsizliyinin qorunmasında Rusiyanın zəifləyən yerini turmaq;


Ermənistan Təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın hücumdan öncə Tehranda iranlı həmkarı Şamxani ilə görüşü də bu kontekstdə diqqət çəkir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm