Nida Təhlil
Ermənistanın yapışdığı "saman çöpü" - BMT Azərbaycana hansı göstərişi verə bilər?
“Azərbaycanın öz suveren ərazisində, Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurması ilə bağlı Ermənistan dövlətinin və cəmiyyətinin ajiotaj yaratmasının heç bir əsası yoxdur”.
Bu sözləri Publika.az-a açıqlamasnda politoloq Amid Əliyev bildirib.
Politoloqun sözlərinə görə, Ermənistan beynəlxalq təşkilatlara müraciət edərək bu müstəvidə Azərbaycana qarşı hansısa təzyiqin göstərilməsini tələb edir ki, bu da öz növbəsində qeyri-realdır:
“Birincisi, ona görə ki, BMT ona üzv olan dövlətlərin ərazisini rəsmən tanıyır və Azərbaycan da NBM-i öz ərazisində qurub. İkincisi, Qarabağda yaşayan ermənilərin hüquqi status məsələsi Azərbaycan konstitusiyası və digər qanunvericilik aktları ilə tənzimlənəcək. Bu, Azərbaycanın daxili işidir.
BMT bununla bağlı Azərbaycana yalnız və yalnız hansısa məsləhət xarakterli tövsiyə verə bilər. Üçüncüsü, Azərbaycan 10 noyabr Bəyanatına əsasən Laçın yolundan keçən nəqliyyat vasitələrinin və sərnişinlərin təhlükəsizliyini təmin etnık məqsədilə bu NBM qurub. Burda başqa bir səbəb axtarmaq isə ictimai fikri çaşdırmaqdan ibarətdir”.
A.Əliyev bildirib ki, son günlər Azərbaycanın və qardaş Türkiyənın xaricdəki səfirlikləri qarşısında erməni lobbisinin təşkil etdiyi aksiyalar da məhz buna hesablanıb:
“Lakin, bilmək lazımdır ki, ərazi Azərbaycanın suveren ərazisidir. Burada hansısa qərarın verilməsi Azərbaycan dövlətinin suveren hüququdur.
Azərbaycan ilk növbədə özünün milli təhlükəsizliyini təmin edib və beynəlxalq təcrübəyə əsaslanaraq sərhəd rejimi qaydasını tətbiq edib. Bu məsələdə isə hansısa dövlətin və ya təşkilatın Azərbaycana real olaraq təsir etmə mexanizmi sıfıra bərabərdir”.
Aydan Beydullayeva
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı















.png)





















