Kişineu görüşünün pərdəarxası: Sülh sazişi Brüsseldə müzakirə olunacaq, bu ölkədə imzalanacaq
Bizi izləyin

Nida Təhlil

Kişineu görüşünün pərdəarxası: Sülh sazişi Brüsseldə müzakirə olunacaq, bu ölkədə imzalanacaq

“Dünən Moldovanın paytaxtı Kişineuda Azərbaycan və Ermənistan arasındakı sülh gündəliyi əsasında qeyri-rəsmi görüş keçirildi. Qeyd etmək lazımdır ki, bu, ölkələr arasında belə formatda keçirilən ilk görüş idi. Belə ki, görüşdə Avropa İttifaqının moderatorluğu ilə yanaşı, Azərbaycan, Ermənistan, eyni zamanda Fransa və Almaniya da iştirak etdi”.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Amid Əliyev deyib.

Politoloq bilidirib ki, axırıncı dəfə Fransanın həyata keçirdiyi təxribat əməllərindən sonra bu ölkə yenidən görüşə qatıldı və çox güman ki, Azərbaycanın istəyi ilə Almaniya burada Fransanı neytrallaşdıran bir tərəf kimi çıxış edirdi.

A.Əliyevin sözlərinə görə, əvvəlcədən proqnozlaşdırıldığı kimi bu görüşdə hansısa bir sülh sazişinin imzalanması gözlənilmirdi:

“Ona görə ki, bu formatda birinci görüş keçirilirdi və tərəflər hər iki ölkə tərəfindən irəli sürülən şərtləri, sülh gündəliyi və motivlərini, maraq və ziddiyyət yaradan amillərlə tanış olmalı idilər. Məhz bu səbəbə görə bu görüşdə sülh sazişinin imzalanması gözlənilmirdi. Lakin görüşdən dərhal sonra Ermənistan baş naziri tərəfindən Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya olunması,1975-ci il xəritəsinə uyğun həyata keçirilməsi haqqında bir daha bəyanat verildi. Bu onu deməyə əsas verir ki, tərəflər sülh sazişinin imzalanmasında israrlıdır. Hər iki tərəfdən pozitiv cavablar var ki, sülh sazişi qısa bir müddət ərzində imzalansın”

O qeyd edib ki, bu yaxınlarda Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirləri müavinləri səviyyəsində yeni görüş keçiriləcək ki, orada hər iki dövlət tərəfindən sərhədlərin delimitasiya və demarkasiya olunması, eyni zamanda kommunikasiya xətlərinin açılması da müzakirə olunacaq:

“Bir məsələni də qeyd etmək lazımdır ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yaxın günlərdə Vaşinqtonda da görüşü olacaq. Görünən odur ki, həm Azərbaycan, həm Ermənistan siyasi rəhbərliyi sülh sazişinə hazır olduqlarını bir daha bəyan etdilər və bu istiqamətdə işlərin aparılmasında müsbət tendensiyalar nəzərə çarpır”.

Politoloq nəzərə çatdırıb ki, qarşıdan 21 iyulda Brüssel görüşü gəlir. Ehtimal olunur ki, bu qeyri-rəsmi beştərəfli görüşdən sonra tərəflər yekun sülh sazişini məhz Brüssel görüşündə müzakirə edib, oktyabr ayında İspaniyada keçirilən görüşdə isə imzalaya bilərlər.

Aydan Beydullayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm