Nida Təhlil
“Yüz ilin kabineti”nin hədəfi: Türkiyənin təhlükəsizliklə bağlı strategiyası dəyişəcək

Rəcəb Tayyib Ərdoğan həftəsonu baş tutan andiçmə mərasimindən sonra ölkənin yeni Nazirlər Kabinetinin tərkibini bəyan edib. Və bu dəyişikliyi “Yüz ilin kabineti” adlandırıb. “Yüz ilin kabineti” bundan sonrakı yol xəritəsini necə istiqamətləndirəcək? Türkiyənin siyasi xəttində hansı dəyişikliklər olacaq?
Mövzu ilə bağlı Publika.az- danışan Millət Vəkili Fazil Mustafa deyir ki, yeni kabinet Türkiyənin qarşısında duran problemlərin həlli istiqamətində atılan ən mühüm proqram xarakterli məsələləri həll etməlidir:
“Yeni kabinet kifayət qədər peşəkar kadrlardan ibarətdir. Xüsusilə Hakan Fidanın Xarici İşlər Naziri təyin olunması təhlükəsizliklə bağlı bir-sıra məsələlərin həlli istiqamətində çalışmaların daha fərqli formatda aparılacağını göstərir”.
Fazil Mustafa bildirib ki, eyni zamanda İbrahim Kalının MİT-ə təyin edilməsi gözlənilməz qərardır. Türkiyə kimi bürokratiyanın anası olan bir dövlətdə nazir dəyişimi proseslərə o qədər də təsir etmir:
“Çünki əsas işi bürokratiya görür. Burada nazirlər istiqamətverici rol oynayırlar. Prezident bu komandaya güvənir. Güvəndiyinə görə də bu seçimi edib. Hər bir halda nazirlərin dəyişməsi Türkiyə üçün müsbət haldır. Həmçinin Türkiyə Böyük Millət Məclisinə də Numan Kurtuluşun gətirilməsi də gözlənilməz oldu. Vaxtilə “Rifah” və “Səadət” partiyalarının yaradıcısı olan bir şəxsin belə rəğbət qazanması da maraqlı bir faktdır”.
Onun sözlərinə görə, bütün hallarda Türkiyə bu prosesdən çox uğurla çıxdı və hər hansı bir təlatümsüz yeni bir hökumətin formalaşması baş verdi:
"Hökumət nə qədər tez fəaliyyətə başlasa, bizim də Türkiyə ilə münasibətlərimz indiki mərhələdəkindən daha çox inkişaf edə bilər. Biz birlikdə bölgədə bir-sıra layihələrin gerçəkləşməsində fəaliyyətimizi ortaya qoyacağıq".
Aydan Beydullayeva

-
Nida Xəbər 17:28
Qarabağda bütün mənzərə bir gündə dəyişdi - Yaşar Gülər
-
Qarabağ 16:56
Ermənilərin tərk etdiyi döyüş mövqeyinin görüntüləri - Video
-
Nida Xəbər 16:42
“Yaralı erməni əsgərlərinə tibbi yardım göstərməyə hazırıq” - Hikmət Hacıyev
-
Nida Təhlil 16:16
Bu görüş erməniləri zərərli ideologiyadan xilas edəcək - ŞƏRH
-
Qarabağ 15:41
Hərbçilərimiz separatçılarla üz-üzə gəldi: "Təslim olun, sizi öldürən deyilik" - VİDEO
-
Qarabağ 15:18
Ermənilər Ağdamda silah-sursatı ataraq qaçdılar - MN
-
Dünya14:41
Köçəryanın beyni silkələndi - VİDEO
-
Qarabağ 14:06
Şəhid xəbəri yayılan XTQ zabitinin tapılma anı - VİDEO