Nida Təhlil
Ermənistan "Qafqaz evi"nin qurulmasında nə dərəcədə maraqlıdır? - ŞƏRH
Məlum olduğu kimi, dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət etdi. Hər zaman olduğu kimi, ölkə başçısı Azərbaycan xalqına ünvanlanmış budəfəki müraciətində də çox önəmli mesajlar verdi. Prezident sentyabrın 19-da başlanmış lokal xarakterli antiterror tədbirlərinin uğurla yekunlaşdığını bildirərək, hərbçilərimizin peşəkarlığını yüksək qiymətləndirdi. Düşmənin layiqincə cəzalandırıldığı, onun bütün hərbi texnikasının sıradan çıxarıldığı qeyd olundu. Prezident İlham Əliyev onu da vurğuladı ki, əməliyyat başlamazdan əvvəl bütün hərbi birləşmələrə mülki əhali və infrastrukturun hədəfə alınmaması ciddi tapşırılıb.
Dövlət başçısının nitqində diqqət çəkən tezislərdən biri də bölgədə sülh və qarşılıqlı anlaşma əsasında birgə həyatın qurulması ilə bağlı istəyin növbəti dəfə ifadə edilməsidir. Əliyev deyir: "Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın". Bu məqamda Prezident İlham Əliyevin ötən ilin oktyabrında Tbilisidə irəli sürdüyü "Qafqaz evi" ideyası aktual gündəmə çevrilib.
Sual olunur: Sözügedən ideyanın reallaşması üçün yaranmış şəraiti Ermənistan hakimiyyəti qiymətləndirəcəkmi?
Suala cavab tapmaq üçün Publika.az politoloq Fərhad Məmmədovdan açıqlama alıb.

F.Məmmədov deyib:
"Bildiyiniz kimi, cənab Prezident sentyabrın 20-də xalqa müraciəti zamanı cəmi bir dəfə “Üçtərəfli format” ifadəsindən istifadə etdi. Təbii ki, 44 günlük müharibədən sonra üçtərəfli format deyiləndə ənənəvi olaraq, Azərbaycan, Rusiya və Ermənistan nəzərdə tutulurdusa, dünən isə ilk dəfə məhz Cənubi Qafqaz ölkələrinə eyham vuruldu. Bu isə o deməkdir ki, Ermənistanla sülh müqaviləsi imzalandıqdan sonra regionun ümumi quruculuğu prosesinə Gürcüstan da daxil ediləcək. Belə olduğu halda, əlbəttə ki, regional məsələlərin həllində kənar qüvvələrin vasitəçiliyinə ehtiyac qalmayacaq".
Politoloq hesab edir ki, Azərbaycanın mərkəzi hakimiyyəti Ermənistanla olan sülh sazişi prosesi ətrafında ona maneçilik törədən məqamları aradan qaldırıb: "Ermənilərin müqaviləni imzalamaması üçün artıq hansısa bir bəhanəsi qalmayıb. Əgər bu sazişə qol çəkilərsə, paralel olaraq, Türkiyə-Ermənistan normallaşması da baş verər. Yəni bu, tarixi zəmin yaradır ki, Cənubi Qafqaz ölkələri qarşılıqlı əməkdaşlıq formatını("Qafqaz evi" ideyası nəzərdə tutulur - red.) həyata keçirə bilsinlər".
"Azərbaycan tərəfi sülh sazişini təklif edib və davamlı olaraq, öz addımları ilə onu diplomatik müstəvidə dəstəkləyir. Əlbəttə ki, Ermənistan rəhbərliyi konstruktiv mövqe nümayiş etdirsə, bu ideyanın yaxın gələcəkdə gerçəkləşməsi mümkün olacaq", - Fərhad Məmmədov fikirlərini yekunlaşdırıb.
Mehti Kamiloğlu
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
-
Ekologiya14 Avqust 20:12Həftəsonu ilə bağlı vacib xəbərdarlıq









.jpg)













.jpg)


.jpg)











