Nida Xəbər
Rusiya Azərbaycana “İsgəndər” raketləri verir – Erməni NAĞILI BİTDİ
“Rusiya Azərbaycana “İsgəndər” raket kompleksini sata
bilər”.
Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Hrant
Melik-Şaxnazaryan deyib.
Onun sözlərinə görə, Azərbaycan Rusiyadan yeni silahlar
alır:
“Bu məsələdə Rusiya da maraqlıdır. Bu baxımdan, “İgəndər” raket
kompleksinin Azərbaycana verilməsi istisna deyil”.
Erməni politoloq Rusiyanın müttəfiqi olan Ermənistanın
maraqlarına qarşı çıxış etdiyini bildirib.
Qeyd edək ki, ötən ilin 21 sentyabr tarixində Ermənistan hərbi
paradda “İsgəndər” raketlərini nümayiş etdirdi. Lakin sonradan
məlum oldu ki, bu raketlər Rusiyanın Gümrüdəki 102-ci hərbi
bazasına məxsusdur və Ermənistan ordusuna verilməyib.
102-ci bazada xidmət keçən rus əsgərləri Aleksandr Kruqlov
və Oleq Vladimiroviç tərəfindən həmin vaxt sosial şəbəkələrdə
paylaşılan fotolarda bu, öz əksini tapırdı.
Bununla yanaşı, İrəvan nümayiş etdirdiyi raket kompleksinin 500
kilometr hədəfi 100 faiz dəqiqlikdə vura bilən “İsgəndər-M” raketi
olduğunu iddia edirdi. Amma silah satışı ilə bağlı beynəlxalq
qanunvericilikdə 300 kilometr məsafəni vura bilən raketlərin satışı
zamanı mütləq BMT-yə məlumat verilməlidir. Rusiyanın bunu etməməsi
bir daha təsdiqləyirdi ki, Ermənistanda nümayiş olunan raketlər
“İsgəndər-M” yox, “İsgəndər-E” raketləridir və bu raketlər
Ermənistan ordusuna yox, Rusiya hərbi bazasına məxsusdur.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Rusiyanın öz raketlərini Ermənistanın hərbi paradında nümayiş
etdirməsinin siyasi hədəfləri var idi.
Xatırladaq ki, hərbi paradda “İsgəndər” raketlərini nümayiş etdirən
Ermənistan hakimiyyəti “Azərbaycanla hərbi balans yaradıldı,
ordumuz daha güclüdür” kimi nağıllarla erməni ictimaiyyətini
aldatmağa çalışırdı. Xüsusilə aprel məğlubiyyətindən sonra onların
buna ehtiyacı var idi. Lakin Azərbaycan Rusiyadan “İsgəndər”
raketlərini alarsa, Sarkisyan rejiminin yalan üzərində qurduğu
nağılın da ömrü çox olmayacaq.
Asif
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO