Elman Nəsirov: "Lapşinin Azərbaycana ekstradisiyası böyük siyasi hadisədir"
Bizi izləyin

Nida Xəbər

Elman Nəsirov: "Lapşinin Azərbaycana ekstradisiyası böyük siyasi hadisədir"

Dağlıq Qarabağa edilən istənilən səfər Azərbaycan qanunlarına və beynəlxalq hüquq prinsiplərinə ziddir.

2011-2012-ci illərdə Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan, anti-azərbaycan xarakterli bəyanatlarla çıxış edən Aleksandr Lapşinin Belarus hökuməti tərəfindən saxlanılaraq Azərbaycana ekstradisiya edilməsi Ermənistanda gündüz vaxtı şimşək çaxmaq effekti verdi.

Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Ermənistan mətbuatı bu gün bu hadisəni Sarkisyan hakimiyyətinin növbəti uğursuzluğu kimi qiymətləndirir: "Buna təəccüblənmək olmaz. Çünki aprel döyüşləri Ermənistanın iç üzünü açdı və məlum oldu ki, Sarkisyan rejiminin fəaliyyəti sabun köpüyündən başqa bir şey deyil".

Millət vəkili A.Lapşinin Azərbaycana ekstradisiya edilməsini böyük siyasi əhəmiyyətli hadisə adlandırır: "Çünki bu hadisə Azərbaycan dövlətinin bu məsələdə bir daha prinsipial mövqedə olduğunu ortaya qoydu. Bu hadisəni Azərbaycan diplomatiyasının növbəti uğuru kimi qiymətləndirmək lazımdır. Dağlıq Qarabağa edilən istənilən səfər Azərbaycan qanunlarına və beynəlxalq hüquq prinsiplərinə ziddir. Azərbaycan öz qətiyyətli mövqeyindən bir addım da geri çəkilməyəcək. Bu hadisənin mənası ondan ibarətdir ki, bundan sonra Aleksandr Lapşinin yolunui seçəcək və seçmək istəyəcək istənilən xarici ölkə vətəndaşı bilsin ki, onu analoji tale gözləyir".

Millət vəkili qeyd edib ki, A.Lapşinin Azərbaycana ekstradisiya edilməsi bir daha sübut etdi ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu ədalətli və beynəlxalq hüquqa söykənən mövqeyi qətiyyətlə müdafiə edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm