Rusiya səfirliyi Lapşinlə görüş tələb etdi
Bizi izləyin

Nida Xəbər

Rusiya səfirliyi Lapşinlə görüş tələb etdi

“Biz Rusiyanın Azərbaycandakı səfirliyində olan həmkarlarımızla daimi əlaqədəyik".

Rusiyanın Azərbaycandakı səfirliyi dünən Belarusdan Azərbaycana ekstradisiya edilən bloger Aleksandr Lapşinlə görüş tələb edib.

Publika.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Belarusdakı səfirliyinin konsulluq bölməsinin nümayəndəsi bildirib.

“Biz Rusiyanın Azərbaycandakı səfirliyində olan həmkarlarımızla daimi əlaqədəyik. Onlar artıq Aleksandrla görüş tələb ediblər”, - deyə agentliyin həmsöhbəti vurğulayıb.

Qeyd edək ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan bloger Aleksandr Lapşin ötən gecə Belarusdan Azərbaycana gətirilib. O, 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu A.Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və o, beynəlxalq axtarışa verilib. A.Lapşin Belarusda saxlanılıb. Belarus baş prokurorunun müavini Azərbaycan tərəfinin ekstradisiya tələbini haqlı sayıb. A.Lapşinin vəkili bu qərardan Minsk şəhər Məhkəməsinə şikayət edib. Lakin Minsk şəhər Məhkəməsi Baş Prokurorluğun qərarını əsaslı sayıb. Bu qərardan isə Ali Məhkəməyə şikayət verilib. Ali Məhkəmə şikayəti təmin etməyib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm