Nida Xəbər
Xocalı soyqırımı Haaqa məhkəməsinə çıxarıla bilər - TEAS
Son dörd il ərzində dünya turu edən “Evə aparan beş yol” (Five Roads Back Home) adlı fotosərginin fevralın 22-də Avropa İttifaqının paytaxtı olan Brüssel şəhərində də təqdimatı baş tutub.
Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Publika.az-a verilən məlumata görə, Brüsseldəki “Art Thema Qallereyasında” məşhur alman fotoqrafı Filip Ratmerin işləri fevralın 23-dən 28-dək sərgilənəcək. Nümayiş etdirilən şəkillərdə təqribən bir milyona yaxın azərbaycanlı məcburi köçkünün portretləri yer alıb. Bu təsirli və emosional şəkillərdə onların simaları qara fonda yaxın rakursdan çəkilib. Fotosərgi Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunub.
Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benelüks ofisinin
direktoru Mark Vervilghen tədbir iştirakçıları qarşısında çıxış
edib.
“Mən Beynəlxalq Cinayət Hüququ üzrə ixtisaslaşan bir hüquqşünasdan
məsləhət istədim. O bildirdi ki, bu hadisələri törədənlərə qarşı
məhkəmə işi uğurlu ola bilər. Hətta Haaqa Beynəlxalq Cinayət
Məhkəməsinə qarşısında belə. Qaçqın və məcburi köçkünlər hələ də
ölkənin müxtəlif yerlərində yerləşən düşərgələrdə yaşayırlar. 9.7
milyon əhalisi olan Azərbaycan üçün bu rəqəm dünyada adambaşına
hesablanan ən yüksək dərəcələrdən biridir” , - deyə o bildirib.
Fotoqraf Filip Ratmer qeyd edib ki, Dağlıq Qarabağ dünyanın
unudulmuş münaqişələrindən biridir: “Artıq 25 ildir ki, bu münaqişə
bitmir. Atəşkəs çox kövrək bir sülhü qoruyur. Bu məcburi köçkünlər
münaqişənin doğurduğu çətinliklərdən əziyyət çəkirlər. 2012-ci ildə
qaçqın düşərgələrini ziyarət edərkən bu insanlar mənə öz taleləri,
ümidləri və narahatçılıqları haqqında danışıb – bəziləri çox
həvəslə, bəziləri isə müəyyən təmkinlə. Fotoşəkillər münaqişənin
qurbanı olmuş tərəflərdən birini göstərir – evlərini tərk etməyə
vadar olan tərəfi. Onlar dünyanın bir çox müharibələrində məcburi
köçkün olmuş bütün insanları təmsil edirlər. Onların hamısının bir
istəyi var - işğal edilmiş rayonlara aparan beş yoldan birini
seçmək istəyi”.
Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı
səfiri Fuad İsgəndərov Xocalı faciəsinin 25-ci ildönümü haqda
danışıb: “Bu faciə bütün azərbaycanlılar üçün çox şeyi dəyişdi.
Təəssüflə qeyd etməliyəm ki, bu hadisəni törədənlər məlumdur, lakin
onlar hələ də cəzalandırılmayıb. Biz inanırıq ki, Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə həlli mümkündür, lakin Ermənistan
tərəfi bu prosesdə aydın şəkildə iştirak etmir. Şadam ki, TEAS-ın
Benelüks ofisi bu unikal sərgini Avropanın mərkəzində Brüsseldə
təşkil edir ki, burada bütün avropalılar 25 il əvvəl Azərbaycanın
Xocalı şəhərində nə baş verdiyini öyrənməlidirlər. Mən, həmçinin,
ümid edirəm ki, Dağlıq Qarabağdan olan bütün azərbaycanlı məcburi
köçkünlər fotoqraf Filip Ratmerin öz işində göstərdiyi beş yoldan
birini seçərək tezliklə evlərinə qayıdacaqlar”.
Tədbir pianoçu, bəstəkar və müğənni Nəzrin Əfəndiyevanın həzin
musiqi ifası ilə yekunlaşıb.
Qeyd edək ki, Nəzrin Əfəndiyeva Azərbaycanın görkəmli bəstəkarlarından biri olan Fikrət Əmirovun nəvəsidir.
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi